Əslində Mən (Roman) - ƏN Xoşbəxt Gün...

01 Haziran 2015
1 520
0
Əslində Mən (Roman) - ƏN Xoşbəxt Gün...

Əslində Mən (Roman) - ƏN Xoşbəxt Gün...


Dünyanın ən böyük xoşbəxtliyi – sevdiyin insanla ailə həyatı qurmaqdı məncə. Və bu gün mən həmin xoşbəxtliyi yaşayırdım. Çox gözəl bir gün idi. Həm hava gözəl idi həm də hər kəsin əhval-ruhiyyəsi. Bu gözəl əhvalla biz yola çıxdıq ki, gedib Səbinəni götürək. Toya görə gəlin maşınını xüsusilə özüm öz əllərimlə bəzəmişdim. Ağ rəngli mersedes idi gəlin maşınımız və maşının hər tərəfini al-əlvan lentlərlə bəzəmiş və nömrə yerinə də "Mələyimi aldım Cənnətə gedirəm " deyə yazı taxmışdım.
Artıq nigah salonundan çıxdıq və bir az şəhəri gəzməyi qərara aldıq. Gəlin maşınında sürücünün olmasını istəmədim və maşını özüm idarə edirdim. Səbinəm yanımda əyləşmişdi.
- Canım.
- Ay can.
- Bu dəqiqə içimdən nə keçir bilirsən?
- Deyəsən hə.
- Razısan?
- Əlbəttə, niyə razı olmayım ki? Bundan gözəl nə ola bilər ki?
- Gedək o zaman?
- Əlbəttə.
- Getdik o zaman.
Bir az yol qət etdikdən sonra artıq çatmışdıq. Hər kəsə təşəkkür etmişdik , lakin bizi bir-birinə qovuşdurana, bizi bir-birimizin yolunun üzərinə çıxarana təşəkkür etməmişdik və bu təşəkkürü indi etmək qərarına gəlmişdik. Maşından endik və Bibiheybət məscidinin qapılarından içəri daxil olduq. Dəstəmaz alıb içəri keçdik və mən öndə Səbinəm isə arxada Namaz qılmağa dayandıq. Bəlkə də dünyada bundan gözəl ikinci bir şey ola bilməzdi. Allahıma nə qədər təşəkkür, şükür etdim heç özüm də bilmirdim, amma çox xoşbəxt idim nəticədə. Biz Namaz qıldığımız müddətcə qohumlar, tanışlar bizi bayırda gözləyirdilər, çox sağ olsunlar anlayışlı idilər. Anlayış olmamaqları üçün bir səbəb yox idi onsuzda. Burada pis heç nə yox idi . Sevdiyin biri ilə Namaz qılmaqdan gözəl heç nə yoxdur nəticədə. Namazımızı qılıb qurtardıq möhürləri yerinə qoyduq və daha sonra Səbinəmin alnından öpərək ;
- Məhz burada, bizi bir-birimizə qovuşduran Allahımın evində sənə söz verirəm ki, sənin dəyərini biləcəm, səni üzməyəcəm, gözüm yalnız səni görəcək, bu ürəkdə bir tək sən varsan və sən də qalacaqsan in şa Allah.
- Canım.
- Gəl gedək, bayırdakılar çox gözləməsin daha.
- Çox xoşbəxtəm mən.
- Mən də canım, mən də.
Xoşbəxt olmaq üçün ehtiyacımız yoxdur pula, paraya. Sevdiklərimiz yanımızdadırsa, sağlamıqsa, sağlamdırlarsa niyə də xoşbəxt olmayaq? Hər gün yeməyə yeməyimiz varsa, yaşadığımız kiçik bir daxmamız varsa, bədbəxt olmağa nə gərək var ki? Mənə maraqlıdır bunlar biz də olduğu halda biz niyə hələ də özümüzü xoşbəxt saymırıq və niyə özümüzə elə gəlir ki, biz bədbəxtik? Niyə? Allah pessimist , hər işin mənfi tərəfini görüb, düşünən bəndələrini sevmir. Allah insanı ona ibadət etməyə yaratdı və ona ibadət edəndə anlayırsan ki, xoşbəxtlik elə öz sahibindədir. Yəni başqa işlərdə, başqa işlər dediysəm nəfsinin qulu olub da gördüyün işləri deyirəm. Bax, o işlərdən bizə heç vaxt xeyir gəlməz. Onlar insana ziyan verər , o qədər. Hə bir də nəfsinin qulunun olduğun işlərdən söz açmışkan deyim. Mənə bir şey çox maraqlıdır. Niyə oğlanlar evlənəndə hər dəfə təmiz qız istəyər görəsən? Təmiz dediysəm, hər mənada dedim. Əlinə oğlan əli dəyməmiş, heç bir oğlanın gözünün içinə baxmamış, heç bir oğlanın yanağından öpməmiş və başqa şeylər filan. Təmiz qız axtaran oğlanlar, niyə özü təmiz qalmazlar ki? Niyə müəyyən bir yaşdan sonra hər kəs pozular ki? Fahişəyə verməyə 30-40 manatı olanlar, bəzən evinə heç pul tapmır. Əslində fahişə qadından çox kişiyə deyilməlidir məncə. Çünki elə "kişilər” varki, ailəsinin boğazından kəsib qadınlara yedizdirir, uşaqları evdə ac olduğu halda həm də. Güclə qazandığı pulunu bir neçə saatın içində bir qadına xərcləyənlərdi fahişə. Heç vaxt bir qadın gəlib səni məcbur etməz ki, gəl yataq. Bir neçə imtinadan sonra o onsuzda görəcək ki, sən ona meyilli deyilsən, çıxıb gedəcək. Nəbilim vallah. Haraya qədər belə olacaq mən də bilmirəm.
Məsciddən çıxıb daha sonra evə gəldik. Saat 15:00 idi və 3 saat sonra restoranda toyumuzun davamı vardı. 3 saatlıq da olsa Səbinədən ayrıldım və bu 3 saat heç cür keçmək bilmədi nədənsə. Görəsən niyə sevdiklərimiz yanımızda olanda zaman bizə yetmir, amma sevdiklərimizdən uzaq olanda isə zaman heç cür keçmək bilmir ki, bilmir.
- Ilk öncə bu xoşbəxt günümüzdə yanımızda olan hər kəsə təşəkkürümü bildirirəm. Xoş gəlmisiniz deyirəm və icazəniz olarsa bir şeir deməyi düşünürəm. ( bu sözümdən sonra zaldan "buyur, buyur de” deyə səslər eşidildi) Təşəkkür edirəm . Və hər kəsin anladığı kimi bu şeirimi Səbinəmə hədiyyə edirəm...



Sənindir ürəyim sənindir qəlbim
Vermərəm kimsəyə sənin gözlərin
Olmaz mı səninlə keçsin illərim?
Səninlə birlikdə yaşa dolum mən
Sənin olmaz ki,xoşbəxt olum mən?
...
Saatlar səninlə hey ötüb keçsin
Kədərim səninlə qoy itib getsin
Bizim bu sevgini kimsə bilməsin
Yalnızca ikimiz bilək yaşayaq
Yalnızca ikimiz bir yaşa dolaq
...
Əllərin əlimi möhkəmcə tutsun
Həmən bu dünyanı tamam unutsun
Qəlbimi atıram əllərin tutsun
Bir ömür xoşbəxtlik yolunu gedək
Xoşbəxtlik yolunda birlikdə itək
...

Qoy hər kəs itirsin,tapmasın bizi
Biz birgə keçirək illərimizi
Ayırma Allahım əllərimizi
Ömürlük dustaq et bizi bir-birnə
Ehtiyac duyuram o gözlərinə


Şeirimi bitirdiksən sonra zaldakiların alqış səsi eşidildi.
- Təşəkkür edirəm, çox sağ olun.
Həmən günü çox gözəl keçdi. Sevdiyin insanla ailə qurmaq çox gözəl bir şeydi və hər kəsə qismət olar in şa Allah...
Müəllif: Əhəd Əhədli... Romanı başqa bir saytda paylaşan zaman müəllifin adını qeyd edin ki, müəllif hüquqları itməsin


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.