Ayrılığın kölgəsi

06 Eylül 2014
1 651
0
Ayrılığın kölgəsi
Ayrılığın kölgəsi


Bəzən günlər keçər, eşq bitər... Sən gedərkən, hər xatirələrdən bir parça düşər ardından...

Qeyb olarsan... Mən qalmaq istəyirəm, sən isə getmək, zaman keçər...

Zaman dəyişdirər hər şeyi. Sən dəyişərsən, mən dəyişərəm, təqvimlər dəyişər, yarpaqlar düşər...

Sən saralıb düşərsən könül bağçasından... Mən mövsümdən bilərəm qəfil gedişləri...

Bəzən illər keçər, susqunluq aramıza sızar, həyat bu susqunluğu biçər taleyimizə... Sən susar, mən susaram, amma könül heç bir şeyi unutmaz.

Unutduğunu hesab edərsən... Heç ümid etmədiyin bir anda yadına düşər, ürək qan ağlayar...

Hər şey kimi keçmişin səhifələrinin arasına qarışar adın...

Ayrılıq deyərik adına...

Bəzən günlər keçər il kimi, bəzən illər keçər o gün kimi.

Bəzən heç bir ağrının bənzəmədiyi ağrılar, ayrılıq sözünün sahilində.

Ağrının payını almadığı eşqlərmı var deyə ovunar.

Zamana qapılar gedər, unutduğunu sanar unutmaz.


Redaktə edi:amazing girl
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.