☆☆☆Yenə☆☆☆

14 Haziran 2015
1 502
0
☆☆☆Yenə☆☆☆
☆☆☆Yenə☆☆☆
Yenə qonağımsan bu gecə mənim,
Yenə ağladacam,üzəcəm səni.
Yenə əllərimi çənəmə qoyub,
Təpədən dırnağa süzəcəm səni...

Bu adi dünyadan bir anlıq itib,
Bu gecə arzuma,kamıma yetib,
Bütün vücudunu səyahət edib,
Yenə qarış-qarış gəzəcəm səni...

İpək saçlarını əlimlə hörüb,
Önünə min cürə arzular sərib,
Özümə cavabsız suallar verib,
Yenə tapmaca tək çözəcəm səni...

Ucadan bağırıb ürək sözümü,
Ağlayıb torpağa atıb dizimi,
Haqlı hesab edib özüm-özümü,
Yenə dodağımda büzəcəm səni...

Rebbim onsuz meni aciz yaradıb,
Dözmüşəm gözümdə hey"biz"yaradıb,
Gözümün yaşından dəniz yaradıb,
Yenə bir nəfəsə üzəcəm səni...

Söyəcəm özümü ərk edə-edə,
Ruhum bədənimi tərk edə-edə,
Sonra həqiqəti dərk edə-edə,
Yenə sətirlərə düzəcəm səni...
☆☆☆Yenə☆☆☆
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.