Sənsizliyi sevdim...

01 Temmuz 2015
2 593
0
Sənsizliyi sevdim...
Sənsizliyi sevdim...

Mən səni deyil əslində, bu qədər mənliyimin içində mənim ola bilməməyini sevdim.
Sənsizliyi sevdim...
O qədər yaxın o qədər ürəkdən, amma bir o qədərdə uzaqdan sənə həsrət qalmağımı sevdim.
Sənsizliyi sevdim...
Mən sənin başqalarının olarkən, başqa birinə baxdığın gözərini sevdim.
Sənsizliyi sevdim...
Həmişə eyni günahsızlığı, o isti əllərini tuta bilməməyi sevdim.
Sənsizliyi sevdim...
Mən həmişə sənin yaxınlığında, amma heç yanında ola bilməməyi sevdim.
Sənsizliyi sevdim...
Mən səni deyil , sənin ola bilməməyimi sevdim.
Sənsizliyi sevdim...
Mən bütün səhv addımlarımın, səhvlərinin səbəbinin sən olduğun üçün səni sevdim
Sənsizliyi sevdim...
Anla məni, mən səni deyil, bu qədər yaşadığım sənsizliyi sevdim.
Sənsizliyi sevdim...
Həmişə sənsizliyimi qucaqlayıb yatdım gecələr.
Sənsizliyi sevdim...
Sevgisiz idim, onu sevdim.
Sənsizliyi sevdim...
Heç kimin sevə bilməyəcəyi qədər, özümün xəbərim olmadan, səni dəlicəsinə sevdim.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.