Sevgimi təsvir etdim

02 Temmuz 2015
1 690
0
Sevgimi təsvir etdim
Sevgimi təsvir etdim


Səni nə çox sevdim...Suya həsrət qalan səhralar qədər...Dənizi sevən balıqlar qədər...
Anasını sevən körpələr qədər...Bunlar bir-birindən ayrılmaz sevirlər bir-birini.
Məndə səni belə sevdim...Möhtac qaldım sənə...Hər şeydən məhrum olan insanlar kimi
hər şeyim bilib tək səni arzuladım..Heç nə istəmədim heç vaxt...sənnən başqa...

Sevgimi təsvir etdim

Axı sən mənim üçün elə hər şey idin.Qorxdum başqa şeylər arzulamağa...
Qorxdumki arzuların çox böyükdü deyib səni mənnən alarlar...
Arzularım sən oldun...Təkcə sən...Nəfəs alanda sən hiss eləmək istədim...
Nəfəsimə çevrildin.Yaşamaq səbəbim oldun...İnsanlar yaşamaq
üçün nəfəs alırlar.Səni hiss etmədiyim gün öləcəyim gün olacaq...

Sevgimi təsvir etdim

Qorxularımnan əl çəkdim...Səni itirmək qorxusu o qədər böyük idiki başqa
qorxularım qalmadı...Xəyallarımı bəzədin...Tək xəyalım oldun.Xəyallar gerçəkləşmir
dedilər amma mən yenə xəyal etdim...Yuxularım oldun.Mənsə həyatdan uzaqlaşdım...
Sadəcə yatdımki yuxuma gələsən...Yuxular da gerçəkləşmir dedilər...
Bu dəfə daha çox yuxular arzuladım.Səni görə biləcəyim tək yer ora idi çünki...

Sevgimi təsvir etdim
İşıqdan əl çəkdim...Qaranlığı daha çox sevdim...Çünki sən mənim qaranlığımı işıqlandıran
tək xəyalım idin.Kor insanlar işığa nə qədər möhtacdırsa, mən də sənə belə həsrət qaldım...

Səni nə çox sevdim...Sevdimki sevgini hiss edim...Sevmədim sən də sevəsən...
Sevmədim insanlar sevgimi görsün.Sevdimki mən onlara sevgimi göstərim...
Sevdimki gülsünlər mənə,dəli desinlər...Sən isə biləsən mən səni dəli kim sevdim...

Sevgimi təsvir etdim

İnsanlardan uzaqlaşdım...Səni mənnən almasınlar deyə...İkimiz olaq bu
böyük dünyada.Amma sığmadı sevgim bu dünyaya...
Ya da sən sığdırmaq istəmədin.Qorxdun...
Sevgimi təsvir etdim
Sevgimi sözlərlə təsvir etməkdən əl çəkdim...Çünki ifadə edəcək sözlər tapmadım...
O qədər böyük idi,o qədər gözəl idi,o qədər misilsiz idi.Hər kəs gördü...
Hər kəs arzuladı bu sevgini...Sən isə görə bilmədin,başa düşə bilmədin...

Arzularımdan keçdim...Qorxularımdan keçdim...
Xəyallarımdan keçdim...İşığımdan keçdim...

Nəfəsim oldun...Həyatım oldun...
Sevgim oldun...Hər şeyim oldun...

Sevgimi təsvir etdim
Əslində isə bunlar heç biri sən deyildin...Sadəcə mən səni o qədər çox
sevmişdimki səni bu qədər yüksəkliklərə layiq görmüşdüm...
Yaşamağın mümkün olmadığı bir yerdə səninçün ölməyi də yaşamağı da
gözə almışdım...Sən isə sadəcə elə sən idin...

R.t..Zemichka


Sevgimi təsvir etdim
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.