Mənsiz o görəsən nə edəcək

11 Eylül 2014
1 841
0
Mənsiz o görəsən nə edəcək
Mənsiz o görəsən nə edəcək


Mənsiz o görəsən nə edəcək
Bir gün xatırlasan məni, burax axsın gözyaşların....

Hər kəsdən saxladığın o gözyaşların, mənim üçün ağladığını eşitdirsin hər kəsə. Hıçqırıqların eşidilməsin deyə yastığa basdır yüzünü.

Ağlamaqdan qurusun gözlərin. Baxa bilməsinlər kimsəyə, mənə baxdığın kimi. Elə çox darıx ki məni, darıxmaqmı ölməkmi desələr ölməyi seç.

Öləcək qədər çox darıx mənim üçün. Özünü öldürəcək qədər çox darıx. O qədər çox darıx ki, hiss edə bilim səni. Məni darıxdığını anlayıb gülümsəyə bilim bir dəfəliyinə. Üşü külək iliklərinə işləsin. O qədər üşü ki, bədənin istiliyimi istəsin. Əllərin çatlasın soyuqdan. Əllərin, əllərimi istəsin.

Gözündən yaş gətirsin soyuq. Günəş belə isdə bilməsin səni. Hara baxsan bax, həmişə məni gör. Hər şeydə, məndən bir parça tap özünə. İtir özünü. İt məndə. Qoxumu unut sonra. Qoxumu unutdun deyə, dəliyə dön. Hər kəsdə mənim qoxumu axtar, amma əsla tapa bilmə. O çox sevdiyin Gözlərim gəlsin ağılına sonra. Bir az daha yansın canın o zaman. Peşman ol. Peşmanlıqdan yaşamağı unut. Nəfəs almaqdan imtina et.

Mənsiz nəfəs almaqdansa, ölməyi seçəcək qədər çox sev məni. Aldığın hər nəfəsdə, ölməyi diləyəcək qədər peşman ol getdiyinə. Geri dönmə heç bir zaman. Kimsəni sevə bilmə. Kimsənin səni sevməsinə icazə vermə.

Səndə qalan son parçalarım itməsin deyə toxuna bilmə kimsəyə. Başqalarının bədəni, atəş olsun sənə. Yandırsın barmaqlarını. Mənim səndən başqasını sevmə ehtimalım, o qədər çox ağrıtsın ki canını, məni sevə biləcək hər kəsə düşmən ol. Nifrət et insanlardan. Məndə qalan bədənini, qoxunu başqaları götürüb aparsın. Sənin toxunmağın, başqalarının olsun. Ağrısın canın.

Kim mənə toxunsa, incə bir sızı batsın ürəyinə. Heç keçməsin amma. Və bir gün, dənizə at özünü. Yanan canına ancaq o böyük sular yaxşı gəlsin. Duzlu su ciyərlərini yandırsın. Nə ağrını nə də sevgini hiss eləmə. Özündə boğul.

Nə çox şey itirdiyini anlayıb öl sevimli. Öl.

Mənsiz xoşbəxt olmaqdansa, öl daha yaxşı. Yoxsa məni öldürərsən...
Mənsiz o görəsən nə edəcək

EdiT By: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.