Ölümündən sonra davam edən sevgi.............
Ölümündən sonra davam edən sevgi.............
Gənc bir qız ağır bir xəstəliyin pəncəsində qıvrılırdı. Yaralı ürəyi artıq bu dünyaya daha çox dözə bilməməyə başlamışdı. Çox zəngin olan ailəsi bütün qəzetlərə, ürək nəqli üçün elan vermişdi . Canını fəda edəcək birini axtarırdılar ... Gənc qız isə hər gün xəstəxana otağında bir az daha solmaqda idi.
Yenə tək idi otağında, gözü yaşlı, boyu bükük ölümü gözləyirdi ... Gözlərini bağladı, bu kiçik otaqda gözyaşı tökməkdən bezmişdi ... Yenə də maneə ola bilmədi mənbə kimi çağlayan gözyaşlarına. Sevdiyi gəldi ağılına, kasıb amma onu sevən sevgilisi ... Hər gün eyni şeyləri düşünür, xatirələri bir film kimi gözünün qarşısından keçirdi ... "Pulum yox amma sənə verə biləcəyim sevgi dolu bir ürəyim var" demişdi cavan ... Gənc qız onsuz da başqa bir şey istəmirdi ... Sevgiyə möhtac biri, sevdiyinin sevgisindən başqa nə istəyə bilərdi ki ... Amma olmamışdı, dünyalar qədər olan sevgilərinin arasına, o lənət olası pul girə bilmiş, onları ayırmışdı ... Sonda pulun keçmədiyi zamanlara gəlmişlər .. Nə əhəmiyyəti vardı artıq? Bu son günlərində, sevdiyi yanında olsa çatardı ..
Ayrılıqlarından bu yana 5 bitməyən, əziyyət dolu il keçmiş idi ... Hər günü zəhər, hər günü hüsran ... Amma gənc qız həmişə sevgisini ürəyində daşımış, ürəyini kimsəylə paylaşmamşdı. Sevdiyini düşündü o an .. Görəsən o nələr etmişdi bu qədər il boyunca .. Kim bilər kiminlə evlənmiş, başı uşaq-muşağa qarışmış idi......
Onsuz da artıq ölüm vecinə deyildi gənc qızın. Sevdiyindən ayrı yaşamanın ölümdən nə fərqi vardı ki .. Təkrar o gəldi ağılına ... Kaş ki kaş ki yanımda olsa dedi. Son bir dəfə əlini tutsa çatardı. Gözlərini son bir dəfə öpsə, rahatca əbədi olaraq gözlərini bağlaya bilərdi artıq ... Gözləri mənbə kimi çağlamağa başladı. Sevdiyini son bir dəfə görə bilmədən ölmək istəmirdi .. Kiçikdə olsa ondan bir xatirəsini götürmədən bu dünyadan köçmək istəmirdi ... Halbuki sevdiyi, kim bilər kiminlə bərabər ... Öz sevgi dolu ürəyinin kimsəylə paylaşmağı düşünməmişdi belə, amma görəsən o paylaşmış idimi? Onun sevgisini silmiş atmış idimi görəsən ürəyindən? . İçi birdən nifrətlə doldu. Üstünə böyük bir ağırlıq çökdü.
Onu düşündükcə hər dəqiqəsinin zəhər olması artıq çox daha ağır gəlirdi gənc qıza ... Ölmək istədi, artıq yaşamaq istəmirdi bu dünyada .. Amma sevdiyindən bir xatirə almadan ölməyəcəyinə and içmişdi. Təkrar gözlərini açdı. Kim bilər bəlkə də sevdiyi onu unutmuşdu .. Bu düşüncələr içində. dərinliyə budaq idi ...
Birdən atası girdi otağa, qızına ürək nəqli üçün bir könüllü tapdıqlarını müjdələyəcəkdi. Lakin gənc qız çoxdan yuxuya getmişdi .. Bir mələyi xatırladan günahsız üzü, sevdiyinin həsrətindən islaq idi ... O gecə biri gözlərini dünyaya bağladı, gənc qız əməliyyata alındı. Tekleyen və vəzifəsini yerinə yetirməyən ürəyi dəyişdirilmişdi. 1 həftə sonra. təkrar gözlərini açdı dünyaya gənc qız. Amma dünya daha fərqli gəldi ona. Sanki bir şey əskik idi ...
Aradan aylar keçmiş gənc qız artıq yaxşıca yaxşılaşmışdı. Amma içindəki narahatlığı heç cür təyin etmirdi. Sevdiyi ağılına gəlincə ürəyi köhnəsindən daha çox sızlayırdı .. Bir dəfə, bir dəfə görə bilsəm deyə zümzümə etdi ... Ürəyi yenə sızlamağa başlamışdı. Yeni ürəyi onu yaxşılaşdırmışdı amma nədənsə hər gecə birdən sürətlənir, onu yuxusundan oyandırır və sanki yerindən çıxacaqmış kimi atmağa başlayırdı ...
Gənc qız bir məna verə bilmədiyi bu vəziyyəti həkimə anlamış, amma əməliyyat asan deyil, bir aydan keçər demişdi həkim. Aylar keçmiş idi amma hələ eyni idi vəziyyət. Çiçəklərinin yanına getdi. Orta hesabla hər gün onlarla saatlarla dərdləşir, zaman zaman ağlayırdı onlarla .. Ən çox qan qırmızısı gülünü sevirdi. Çünki qırmızı gülün onun üçün yeri tamam ayrı idi. Otaq gənc qızla birlikdə gülür, onunla birlikdə ağlayırdı. Onu sevdiyi kimi görürdü gənc qız. Və gülünü sevdiyini ilk gördüyündə ona hədiyyə edəcəyinə dair and içmişdi. Başqa cür paylaşa bilməzdi gülünü kimsəylə ...Qapı döydü birdən. Qapını açdı amma kimsə yox idi. Gözü yerdəki ağ zərfə sataşdı. Yavaşca əyilib zərfi yerdən götürdü. Birdən ürəyi dəli kimi atmağa başladı. Nə olduğunu anlaya bilmirdi. Zərfin üzərində nə bir ad, nə bir ünvan vardı. Zərfi açdı, içindən ağ bir kağıza yazılmış bir məktub çıxdı. Ürəyi daha. sürətli atmağa başladı. Onun qoxusu vardı kağızda. Bəli, onun qoxusu vardı. Yılar ili həsrətini çəkdiyi, yanında ola bilmək üçün canını belə verə biləcəyi sevdiyinin qoxusu vardı məktubda ..
Başı dönməyə başladı. Kreslosuna keçib oturdu yavaşca ... Kağızı açdı. Və əlləri titrəyərək oxumağa başladı. "Sevgilim, səndən ayrıldıqdan sonra, bir ürəyə 2 sevginin sığmayacağını bildiyimdən ötəri, nə bir kimsəni sevə bildim, nədə kimsəyə baxa bildim ... Hər günüm digərindən daha çətin keçdi, çünki hər gün həsrətin daha a artırdı .. Sənə kitabları dolduracaq qədər şeirlər yazdım. Hər biri digərindən daha da hüznlü idi. Yazdım, oxudum, ağladım ... Hər gün yazdım, hər gün oxudum, illər tərəfindən ağladım ... Hər gecə səni düşündüm səhərlərə qədər, hər gecə sənin yanında olmağı istədim. Və hər gecə sənsizliyə lənət etdim, yuxuları haram etdim özümə, sənsiz olmanın ağrısını gözlərimdən çıxardım ... bir gün hər şeyi dəyişdirəcək bir fürsət çıxdı önümə. Bu fürsəti qiymətləndirməyib, özümə haqsızlıq edə bilməzdim ... Və qiymətləndirdim ... Səndən çox uzaqlara getdim, bəlkə səni unudaram deyə .. Amma tam tərsi oldu. Sənsiz daha çox darıxıram artıq ... Səndən çox uzaqlardayam bəlkə, amma yenə də səni görmək üçün uzaqlardan gələ bilirəm. Həm də hər gecə ...
Səni sevir, seyr edir və əyilib sən yatarkən yanağına bir öpüş qondururam .. Bəzən gözlərini açıb baxırsan, gəldiyimi bildiyimi sanıram amma yenə o şirin yuxuna geri dönürsən. Sabah bir-birimizi sevməmizin 6. ili ...Həmişə mən gəldim indiyə qədər sənin yanına, sabahda sən gəl olarmı sevgilim .. Ha, unutmadan, sənə həmişə sözünü etdiyim, ürəyimə yaxşı bax olarmı? Çünki göz yaşlarımla, adını yazdım ona ... Səni səndən belə çox sevən bir sevgi var ürəyinin içində ... Unutma, qırmızı gülüm unutma olarmı?? ... Səni Sevirəm, Yanıma gələnə qədərdə sevəcəyəm ... Sevgilin ... "