Səni çox sevdim mən

15 Temmuz 2015
4 952
0
Səni çox sevdim mən
Səni çox sevdim mən

Səni çox sevdim mən.Neçə göz yaşı tökdüm sənin üçün..Sən gecələr yatarkən mən pəncərə önündə sənin yuxuna girmək üçün dua edərdim..Halbuki sən məndən xəbərsiz idin....

Səni çox sevdim mən

Vaxt var idi yağışı sevməzdim,qaranlıqdan qorxar idim..İndi isə tam tərsinə dönüb hər şey..Qaranlıq dostum,yağış isə göz yaşlarımdır artıq..Çox bir şey istəmədim əslində..Sadəcə səninlə bir ömür boyu olmaq istədim..

Səni çox sevdim mən

Fəqət arzuma çata bilmədim..Xoşbəxtliyim,arzularım,xəyallarım bir an içində yox olub getdi..Bir an içində hər şey yox oldu sanki..Sən getdikdən sonra hər şey dəyişdi həyatımda..

Səni çox sevdim mən

Artıq əvvəlki tək güvənə bilmirəm heç kimsəyə,dərdimi danışa bilmirəm..Ən çətinidə üzüm gülmür artıq..Hər şey mənasızdır sanki..Ayrıldıqdan sonra heç kimsəyə köməyim çatmadı mənim..Dost dediklərim bir anda yox oldular..

Səni çox sevdim mən

Sənə dair olan arzularım vardı mənim..İndi isə yalnız onlar olur mənimlə qaranlıq gecələrdə..Vaxt var idi gecən xeyrə demədən yata bilməzdim..İndi heç danışmırıq halbuki..

Səni çox sevdim mən

Xoşbəxtlik artıq mənə yad olan bir söz olub..Mənim üçün artıq heç bir mənası yoxdur..Xoşbəxtlik sənə güvənmək idi,sənin üçün darıxdığımda sənə darıxdım sözünü deyə bilmək idi..Səni gördüyümdə sənə doyunca sarıla bilmək idi..

Səni çox sevdim mən

İndi elə davranırıqki sanki bir-birimizi tanımırıq..Sanki heç həyatımızda bir-birmizə qarşı sevgi yaşamamışıq..Sevməmişik..Qış fəsli bizim fəslimiz idi..Səninlə tanış olduğum gün,birlikdə xoşbəxt olduğumuz günlər idi..İndi kim bilir mən səni düşünərkən,səninçün darıxarkən sən kimin yanındasan?Hardasan?Harda???

Səni çox sevdim mən

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.