- Bəs sən kimsən? Mən də sənəm

16 Temmuz 2015
1 991
0
- Bəs sən kimsən? Mən də sənəm
- Bəs sən kimsən? Mən də sənəm


- Bəs sən kimsən? Mən də sənəm


«Sevmək» dedim. «Yoluna ölmək» dedi.
«Yol» dedim. «Alıb başını getmək» dedi.
«Getmək» dedim. Bir «aha» çəkib «dostlardan ayrılmaq» dedi.
«Dost» dedim. Dayandı. Mənə baxdı. «Dost» deyə zümzümə etdi.
"Ürəyimə necə qoysam «dedi» ürək" dedim.




«Dünyaları içinə sığdıramadığım» dedi.
«Dünya» dedim. «Həyatin bir üzü» dedi.
"Üz" dedim. «Ardında nə gizli bilmədiyim» dedi.
«Gizlı» dedim. «Həmişə həll etməyə çalışdığım» dedi.



"Çalışmaq" dedim. «Bitməyəcək əhvalat» dedi.
"Əhvalat" dedim. «Minlərcəsini içimdə gizləyirəm» dedi.
«Gizləmək» dedim. «Artiq hər şeyin bitimi» dedi.
«Hər şey» dedim. «Sevda» dedi.



«Sevda» dedim. «Arxasınca qaçdığım» dedi.
«Qaçmaq» dedim. «Hayat bir marafon» dedi.
«Həyat» dedim. «Elə qısa ki!» dedi.
«Nə üçün qısa?» deyə soruşdum. «Yaşanacak çox şey var zaman yox» dedi.

- Bəs sən kimsən? Mən də sənəm

«Yaşanması lazım olan nə var?» deyə soruşdum.
«Eşq» dedi. «Neçə dəfə?» deyə soruşdum.
«Min dəfə» dedi «milyon dəfə»
«Niyə bir dəfə deyil?» deyə soruşdum.
«Bütün eşqlərin cəmi ən uca və tək məhəbbətdir» dedi.



"Əvvəl ona çatsan olmazmı?" deyə soruşdum. «Kaş ki olsa» dedi
«Amma əvvəl yoğrulmaq gərək»
«Acı çəkməkmi?» deyə soruşdum. «Bəli eşq ağrısında yox olmaq» dedi.
«Yox olunca!» dedim. «Əsl eşqi o zaman yaşayarsan» dedi.



«Əsl eşq!» dedim. «Böyük o » dedi.
Dayandım. Dayandım. Və susdum!
«Niyə susdun?» deyə soruşdu. "Ürəyim titrədi sanki" dedim.
«Niyə?» deyə soruşdu. «Bilmirəm» dedim.
«Böyük o ». «bəli» dedi «böyük o»



«Harada?» deyə soruşdum. «Hər yerdə» dedi.
«Necə?» deyə soruşdum. «Ürəyini aç» dedi.
«Ürəyimi açmaq!» dedim. «Bir təbəssümlə bax hər şeyə» dedi.
«Təbəssüm» dedim. «Hər qapının açarı» dedi.



«Qapı» dedim. «Girmədən bilə bilməzsən» dedi.
«Ya qorxu!» dedim. «Bilinməyəndən qorxar insan» dedi.
«Mən bilmirəm» dedim. «Nəyi?» deyə soruşdu.
«Nəyi» dedim.«Sən kimsən?» deyə soruşdu.



«Mən kiməm?» deyə soruşdum. «Sevgiyle bəslənənsən» dedi.
«Kimin sevgisiylə?» deyə soruşdum. «Böyük o» dedi.
Dayandım. Dayandım. Yenə susdum.
«Bəs sən kimsən?» deyə soruşdum.«Mən də sənəm» dedi


R.t...Zemichka


- Bəs sən kimsən? Mən də sənəm
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.