Sən onun hissləri ilə oynayırsan?

18 Temmuz 2015
2 440
0
Sən onun hissləri ilə oynayırsan?
Sən onun hissləri ilə oynayırsan?
Evə qayıtdım. Güzgünün qabağında üstümü dəyişirdim, birdən sinəmdə ürəyimin olmadığını gördüm. Bir daha yoxladım, yox idi, yerində dərin bir boşluq var idi. Tez geyinib gəldiyim yerə qayıtdım, ətrafı axtarmağa başladım. Tapdım ürəyimi, amma tapdalanmışdı, əzilmişdi, dözümsüz ağrıları var idi. Götürdüm onu yerdən və evə qayıdırdım. Bütün yolu başımdan müxtəlif fikirlər keçirdi:"Ürəksiz necə yaşayacam?", "yenidən necə sevəcəm?", " birdən məndən nə hiss etdiyimi soruşsalar, nə deyəcəm? Ürəyimin olmadığını?". Özümü qınayırdım.
Bir ürəyə də sahiblik edə bilmədim.
Necə bu qədər məsuliyyətsiz ola bildim? Elə bu fikirlər içində birdən gözüm yolun qırağındakı bir balaca mağazaya sataşdı.


Tez maşını qıraqda saxlayıb düşdüm. Satıcıya yaxınlaşıb soruşdum: "Bağıslayın, siz ürək satırsınız? Satıcı bir ana nəvazişi ilə mənə baxdı: "Hər cür ürək satırıq, amma sənə lazım olan ürəkdən bizdə yoxdu". Çölə çıxdım. Soyuq külək sinəmdəki boşluqdan içəri daxil olub ordan da bütün ruhumu bürüyürdü. Soyuq dözülməz idi, donurdum. İki əlimlə boşlugu bağlamağa çalışdım ki, külək girməsin.
Yenidən evə qayıtdım. Artıq gec idi. Yatağımda uzandım. Həmişə üz üstə yatmağa adət etmişəm, amma ağrıdan yata bilmədim, tez çevrildim. Bütün yatağım qan içində idi. Səhər açılan kimi tez qalxıb geyindim. Bir çarə tapmalı idim. Vaxt itirə bilməzdim. Sanki yoldan keçənlər hamı mənə baxırdı, artıq gücüm qalmamışdı.
Yaxınlıqdakı bir ağacın altında oturdum. Birdən titrək bir səs eşitdim. Bu yanımda oturan yaşlı bir adamın səsi idi. "Hərdən ürək o qədər sevir ki, böyüməyə başlayır. Sevgi böyüdükcə o da böyüyür və sonunda partlayır, yerə düşür. Həmin dəqiqə hiss etmirsən ,amma bir müddət sonra boşluq daha da böyüyür və ağrıları hiss edirsən": dedi və mənə baxdı. "Bəs nə vaxt bu boşluq dolacaq?": qorxuyla soruşdum.


O sənin sevginin böyüklüyündən asılıdır, amma dolacaq. Yeni ürək axtarma, tapmazsan. Sənin "vaxt" adlı dərmana eytiyacın var, sən onu axtar": deyə cavab verdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.