HissLərim..

19 Temmuz 2015
1 445
0
HissLərim..
HissLərim..
Hisslərimi ağaca vermək istəyirəm. Böyüyüb budaqlanması üçün.
Hisslərimi dənizə tökmək istəyirəm. Sular tək saflaşması üçün.
Hisslərimi bir arıya vermək istəyirəm. Ondan pətək hörməsi üçün.
Hisslərimi ən uzun yolların qatarı etmək istəyirəm. Uzaqlarda yaşasın deyə.


Hisslərimi buludlara qatmaq istəyirəm. Yağışı ilə torpağı yuması üçün.
Hisslərimi dumana vermək istəyirəm. Görünməzlikdə itsin deyə.
Hisslərimi qayalara bağlamaq istəyirəm. Bir daha geri dönməsin deyə.
Hisslərimi kağıza ağ qələmlə yazmaq istəyirəm. Heç vaxt oxunmasın deyə.


Hisslərimi günəşə bəxş etmək istəyirəm. Dünyanı isitməsi üçün.
Hisslərimi okeanlara çəkmək istəyirəm. İzləri silinsin deyə.
Hisslərimi yeni doğulmuş körpəyə vermək istəyirəm. Günahları olmasın deyə.
Hisslərimi aya vermək istəyirəm. Qaranlıq gecəni aydınlatması üçün.


Hisslərimi uçurumlara aparmaq istəyirəm. Yerə düşərək parçalanması üçün.
Hisslərimi şəlalələrə qatmaq istəyirəm. Qorxusuzca dağları aşsın deyə.
Hisslərimi oda atmaq istəyirəm. Yanaraq soyuq külə çevrilməsi üçün.
Hisslərimi göylərə uçurmaq istəyirəm. Allaha yaxın olması üçün.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.