Sevdam dedim həsrət oldun

10 Eylül 2014
2 196
0
Sevdam dedim həsrət oldun
Sevdam dedim həsrət oldun

Halda halsız buraxdın hallarımı,
Söyləməz etdin zalım dillərimi,
Əngəllər doldurdun yollarımı,
Qırdın vicdansız qanadımı-qollarımı..



Məni sənsiz qoyub getdin,
Sən bu eşqə ayıp etdin,
Ulduz kimi itib getdin,
Sən sevdama ayıp etdin..



Sən idin mənim bahar yazım,
Oldun soyuq,acı qışım,
Həsrət qurbət olan nazın,
Ciyərimə qurşun sancdı..



Həsrətin edir xəstə,
Ürəyim yanğında,yasda,
Gözlərim boğuldu yaşda,
Yar gönlüm qara qışda...



Sevdam dedim həsrət oldun,
Mənimsən dedim qurbət oldun,
Dərmanımsan dedim sən dərd oldun,
Zalım,pərişanam bərbat oldum...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.