Hamımız günahsız gəldik.. Sonra Sevdik..və olan oldu

24 Temmuz 2015
1 495
0
Hamımız günahsız gəldik.. Sonra Sevdik..və olan oldu
Hamımız günahsız gəldik.. Sonra Sevdik..və olan oldu


Hamımız günahsız gəldik.. Sonra Sevdik..və olan oldu
Günahsız gəlirik hamımız dünyaya. Hamı sevinir. Yeni bir həyat səhifəsi açılır bizim üçün.Hamı bu səhifənin gözəl yazılmasını dua edir.Heçnəyi anlamadan,dərk etmədən yaşa doluruq. Bəlkə ömrümüzün həm ən gözəl, həm də ən qorxunc çağına çatırıq. Sevirik... Bəlkə hələ sevginin nə olduğunu anlamırıq ama hamımız bu hissləri qarşılıqlı yaşamağa can atırıq. Bəzilərimiz bu xəstəliyə bir dəfə yoluxur,bəzilərimiz bu xəstəliyin ən güclüsünü tapana qədər çox xəstəliklər görür.Bəzilərimiz üçün bu xəstəlik xoşbəxtliyə,bəzilərimiz üçün sağalmaz yaraya çevrilir. Çox zaman qarşılıqsız sevən insan sevilən insanın xoşbəxt olduğunu düşünür. Bu zaman o, sevilən insanın da qarşılıqsız sevə biləcəyini düşünmür. Bəzən ömrümüzün axırına qədər sevgimizi ürəyimizdə gizli saxlayırıq. Bəzən sevdiyimizdən ayrılmamaq üçün çox şeyi görməməzlikdən gəlirik,bağışlanılmayan səhvləri də bağışlayırıq. Bəzən bir anlıq cəsarət toplayıb onsuz yaşaya biləcəyivə qərar verirsən,ama bu qərar da cəsarət kimi bir anlıq olur.Gecələr ən yaxın dostumuz olur.Ürəyimizi yalnız gecələrə aça bilirik,yalnız gecələr rahat-rahat ağlaya bilirik,çünki bizi heçkim görmür. Ölümdən qorxmuruq. Bəzən ölmək üçün səbirsizlənirik.Ağlımız bizi düz yola çəkmək istəsə də, ürəyimiz buna imkan vermir. Sonumuzu bilmədən yaşıyırıq,buna yaşamaq demək olarsa... Bəzən hər şeyi zamana buraxırıq. Zaman keçir yaşlanırıq...Başqalarının xətalarından dərs alın,hərdən yaşayıb öyrənəcək qədər zamanımız olmur. Bəzən həyat arzularımıza çatmağa kifayət etmir. İkinci dəfə dünyaya gəlsəm bu fikirlə yaşardım. Ağıllı olub dünyanın dərdini çəkməkdənsə,dəli olum qoy dünya mənim dərdimi ceksin

R.t..Zemichka



Hamımız günahsız gəldik.. Sonra Sevdik..və olan oldu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.