Unutma ki...

07 Ağustos 2015
1 300
0
Unutma ki...
Unutma ki...


Sən yuxusuzluq nədir bilirsənmi
Dırnaqlarınla yasdığını parçaladınmı
Gözlərini tavana dikib
Düşündünmü bütün gecə
Və bütün bir gün
Bəlkə gəlir ümidiylə gözlədinmi heç
Gəlməyincə
Səni axtarmayınca
Ölüncəyə qədər ağladınmı
Sonra çəkilib yalnızlıqların
Ona aid nə varsa
Bir bir xatırladınmı


Sən gündən günə əriməyi bilirsənmi
Böyük bir ağacın içində ölməyi
Bir təsəlli axtarmagı
Issız parklarda, tənha küçələrdə
Və bütün bir şəhər yatırkən uzaqlarda
Dəli divanə yollara düşüb
Atılmışlığını hiss ettdinmi

Sevməkdən
Günlər gecələr boyunca gəzməkdən
Əlin ayağın yoruldumu
Sən yalnızlığın acısını bilirsənmi
Unudulmaq bir xəncər kimi saplandımı kürəyinə
İçində qısqanclığın zəhərli çiçəkləri açdımı


Sən çarəsizlik nədir bilirsənmi
Sən yoxluq nədir gördünmü
Yanan başını
Divarlara vurub parçalamaq gəldimi içindən
Sən hər gün min dəfə öldünmü
Beləyəm deyə ayıb etmə mənə

Unutma ki
Hər sevən adsız bir qəhramandır
Unutma ki
İnsan; sevə bildiyi qədər insandır
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.