Salam verərək birləşən əllər, mütləq ayrılır..

07 Ağustos 2015
1 298
5
Salam verərək birləşən əllər, mütləq ayrılır..
Salam verərək birləşən əllər, mütləq ayrılır..



Deyirlər "Salam Allah salamıdır".
Bu kəlmə arxasında məsuliyyət, sadəlik, zərafət, kübarlıq, incəlik, zəriflik dayanır. Biz insanlar salam verərkən onun qəbul edilməsini, məsuliyyətlə davam etməsini və ya bir gün sağolla cavablandırılmasını heç düşünürükmü öncədən. Əsla!
Salam ilə başladıq açılan hər sabahımızı, sağol ilə bitirdik günümüzü, nə qədər önəm daşıdığını bilmədən bəzən lazım olan və lazım olmayan insanlara həsr etdik onları. Deyilənlər həqiqətən doğru imiş bir gün salam verərək birləşən əllər , bir gün sağol deyərək ayrıla bilir. Bəyəm asandırmı şax qamət ilə salam verərkən iradəsiniz və cılız şəkildə sağol demək. Bəzən salam kiminsə harayına yetir ona daha uğurlu yollar tapmağında istiqamətçi olur, bəzən deyilən sağollar isə o əllər içində qalan izi hər gördüyündə həyatını kədərdə boğur, amma nə etməli hər başlangıcın sonu, hər nağılin bitmə nöqtəsi vardır.

Bəzən bir gün salam verib mehribancasına həyatımızı sürdüyümüz insanların yaşamımızdan çıxmasına tab gətirə bilmirik. Cavabsız qalan hisslərimizin və ümidlərimizin arasında qalıb günlərcə düşüncələrə qərq oluruq. Günahkar ya özümüzü bilirik ya qarşımızdakını və ən böyük ehtimal ilə taleyimizi. Axı niyə salam verdim ki, indidə sağol deyirəm. Mən sağolları sevmirəm çünki arxasında köləliyə qərq olunmuş qul buraxıb gedirlər. Sağol deyənə asan olur onu eşidən isə həyatının baxımsız sığınacağında məhvə dogru gedir. Nə qədər dəyərli imiş bu sağol, salam qədər asan deyilmiş. İnsan salam verməyə çətinlik çəkmədiyimi kimi sağol deməkdəndə heç çəkinmir amma digər bir tərəfi düşünsək onun əzablarını, çəkdiklərini bəlkədə sağol demədən çıxıb gedərik. Sağol eşidən birisi ən son ümidinin o andaca öldüyünü, yaşamaq hissinin yarıya bölündüyünü və həyatının ən böyük zərbəsini aldığını düşünər. Amma zaman deyilən bir dərman var ki, bir gün yenidən salama dogru istiqamət alar və daha sağollardan qorxmaz. Şahidi olduğumuz sağol səhnəsi isə bizi uzaq səfərlə yola salan valideyin, ailə üzvlərimizin simalarında olan küsgün, narahatçılıq hissi, əlacsızlıq mimkalarının aydın təzahürü bizim yol boyunca heç zaman yaddaşımızdan silinməz. Odur ki heç sağollaşmayaq, sadəcə sakitcə çıxaq gedək. Bəlkədə sağol sözü əvəzinə görüşərik deyək, həyatdır bilinməz bəlkə daha heç qarşılaşmadıq və ya yenidən görüşdük.
Odur ki, Dostum "sağol demədinsə heç məyus olma çünki bu həyata etibar yoxdur sənin sağolun kimisə incitməkdəndirsə, qoy intizar hissi onu yaşatsın"!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_ESTRELLA_
Sitat: ...KüsgÜn...
Allah razi olsun gozel xeberdi


Allah sizdende razi olsun. cox sag olun

Sitat: FATIME
xeberi cox beyendim elelrin var olsun


Cox sag ol can

Sitat: allah bendesi
xeber cox gozel cox beyendim ellerine sagliq


sag ol wirinim )
allah bendesi
xeber cox gozel cox beyendim ellerine sagliq
SEHRI
  • SEHRI
  • 7 Ağustos 2015 21:54
Hamisini oxuya bolmedim bagisla amma yarisina qeder oxudum tesekkur edirem.
FATIME
  • FATIME
  • 7 Ağustos 2015 18:52
xeberi cox beyendim elelrin var olsun
...KüsgÜn...
Allah razi olsun gozel xeberdi
RƏY ƏLAVƏ ET