Bu gün sənsizliyə ilk addımlarımı atıram

07 Ağustos 2015
1 223
0
Bu gün sənsizliyə ilk addımlarımı atıram
Bu gün sənsizliyə ilk addımlarımı atıram


Bu gün sənsizliyə ilk addımlarımı atıram.

Bilirəm çətin olacaq sənsizlik. Bilirəm gülməyəcəyəm daha,
saatlar keçmək bilməyəcək və mən unudacağam xoşbəxtliyi.
Halbuki mən yalnız səninlə bir gecə də olsa yan-yana olmaq
və mən sənin gözlərində sonsuza çatmaq istəmişdim.
Səni sevmişdim mən. Sonra sənin yerini sənsizlik aldı.
Uzağımda idin daha.
Gəl deyirdim, gecənin ən səssiz və ən gizliliyində.

Unutmuşdu yuxunu gözlərim və qışqırırdım, haradasan, bax təkəm və çarəsizəm.
Boşluğa uzanırdı əllərim, səni axtarırdım şəhərin hüznlü küçələrində.
Amma sən yox idin, getmişdin, bir daha geri gəlməmək üzrə.


Məni sənsizliklə, məni səssizliklə baş-başa buraxıb getmişdin.

Bəlkə haqlı idin, amma mən sənsiz nəfəs ala bilməzdim, bilirdin, amma getdin, sənə "getmə qal"-deyə bilmədim..
Sən getdin və mən son dəfə baxdım Günəşə, son dəfə güldüm, son dəfə ürəyim döyündü gedərkən.

Gözlərimi boşluğa dikdim və uzaqlara baxdım, gülürdüm.

Yaşadığımız hər şey dünən olmuşdu və bitmişdi ümidlərim.
Sonra bağladım gözlərimi bir daha açmamaq üzrə.
Sənə sənin arxandan ağlamayacağam demişdim, mən sözümü
tutdum və arxandan bir damla belə gözyaşı tökmədim.

İndi mən gedirəm və səni yaşaya bilmədiyim günlərimə həbs edirəm.
Bir payız axşamı idi ürəyimi sənsizliyinlə baş-başa qoyub getməyin.
Saralmış yarpaqlarda axtardım qoxunu,
səmaya baxdım, bəlkə son dəfə səni görərəm deyə.

Ulduzlara baxdım, amma sən yox idin.

Gözlərim doldu, ağlayacaqdım, ağlamadım.
Səni nə qədər çox sevdiyimi və sənsiz yaşamağın
qeyri-mümkün olduğunu bir dəfə də yazdım.

Sonra ona sarıldım, sənin qoxunu verirdi sətirləri.
İçində sən var idin və sənə sevgim var idi.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.