İstəyirsən?!...

24 Ağustos 2015
1 659
6
İstəyirsən?!...
İstəyirsən?!...
Istəyirsən,mən sənin başının üstündəki səma olum?... Səma qədər uzaq,həm də onun qədər yaxın. Hər dəfə başını qaldıranda məni görəcəksən, əlini uzadanda mənə toxunacaqsan, təki əllərini uzat. Mən buludları qovacam başının üzərindən, səni pis havalardan qoruyacam. İstəyirsən?!... İstəyirsən,mən ay olum, gecələr pəncərəndən boylanım?... Sənin qayğısız yuxularına keşik çəkim, həzin işıq salım qaranlıqlarına. Sən məni görəcəksən. İstəyirsən?!... İstəyirsən, mən sənin ulduzun olum?... Sənə yol göstərim, mənə baxıb yolunu təyin edə biləsən. Kəhkəşanda sayrışan ulduzların arasından sənin taleyini danışım. Sən buludsuz səmada asanlıqıla məni tapa biləsən. İstəyirsən?!... İstəyirsən, külək olum səninçün?... Hər səhər sübh tezdən və hər axşam yatmamışdan öncə saçlarınla oynayan. Hər zaman mənim toxunuşumu hiss edəcəksən. İstəyirsən?!... İstəyirsən,mən sənin kölgən olum? Həmişə arxanca səni təqib edən. Sənin yanında olum, seni sevim və sevdiyin olum- ölənə qədər. İstəyirsən?!..
İstəyirsən?!...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    maraqli idi tewekkurler
  2. allah bendesi
    tewekkurler xeber ucun
  3. Jessica
    Redakde ederken oxumuşdum qısa və menalı yazdı teşekkürler
  4. SEHRI
    • SEHRI
    • 25 Ağustos 2015 17:00
    oxudum hamısını normal yazı idi.əməyin üçün sağol.
  5. Səma
    • Səma
    • 25 Ağustos 2015 09:27
    Qəşəng yazıdı heqiqeten beyendim Cox sağol
  6. KarameL...
    Super yazilardi heqiqetende bu sozler qarsiliqsiz sevgi sozleridi mence yeni ona yaxinsan tuta bilersen amma bir o qederde uzaqsan Hec kim qarsiliqsiz sevmesin cox ezab verici hisdi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.