Əvvəl... Sonra... İndi...

14 Eylül 2014
1 710
0
Əvvəl... Sonra... İndi...
Əvvəl... Sonra... İndi...


Əvvəl...
Bir xeyli zaman əvvəl...
Həyəcandan, sevincdən öləcəkmişəm kimi, hər an səni görəcəkmişəm kimi yaşamağa başladım həyatı.
Belə deyildim səndən əvvəl
Tam hər şey bitdi deyərkən tanıdım. ..sevdim səni!
Səni görəcəyim zamanlar tərifsiz bir xoşbəxtlik, bəlkə axmaq amma maneə oluna bilməyən bir təbəssüm dodaqlarımda...
Eşq işdə belə edər insanı deyərlər. ..belə bir duyğudur eşq...

Sonra...

Birdən dayandı zaman, səndən sonra...
Yox oldu bütün həyəcanlarım, sevinclərim
Dörd yanım qapı-divar, dörd yanım səssizlik, dörd yanım sənsizlik...
Çarpıb qapıları, endirməli bütün şüşələri
Qırıq-dökük,virane qalmalı hər yer...
Bu şəhərdən getməliydim, təxirə salmalıydım həyatı
Qaçım hər küçədən, hər anından. ..dedim
Edə bilmədim. ..Bu şəhəri sənə buraxa bilmədim...


İndi isə...

Ölü torpağını silkələməyə çalışıram üstümdən...
Yığdım bütün şüşə qırıqlarını, bütün can qırıqlarımı!
Bu şəhəri sevməyə başladım yenidən
Hər şey zamanla dəyişirmiş, yox olurmuş. ..Yalan..!
Dəyişməz, yox olmaz heç bir şey
Unudulmaz, yalnız köhnələr. ..o qədər
Ağrını yüngülləşdirdim, sənsiz həyatımı mənimsədim. ..o qədər
Varlığın-yoxluğun arası o xülyadan qurtarıram özümü artıq...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.