YAZA BİLMİRƏM...

14 Eylül 2014
2 126
0
YAZA BİLMİRƏM...
YAZA BİLMİRƏM...


Yaza bilmirəm artıq,cümlələrimin davamı gəlmir və sən gəlmirsən !
! cümlələr itkin !

… danışa bilmirəm artıq.. dilim lal olmuş.. susqundur duyğularım…
! qələmim qırıq,ürəyim itkin !

… söyləyə bilmirəm mahnı sözləriləri qışqıra qışqıra..! Səsim çıxmır.. sən gedərkən çox qışqırdım.. -dön- dedim və sən eşitmədin !
! qayıdışlar qadağan !

…yata bilmirəm artıq.. yatağım buz kimi bu isti yaz günündə belə.. yuxular haram mənə.. gecələr zindan sənsiz…!
! yuxular itkin !

…ağlaya bilmirəm artıq ! gur-gur axmır gözyaşlarım… qurudu sənə ağlamaqdan özümə ah etməkdən.. peşmanlığımdan…
! gözyaşları yox,peşmanlığım itkin !

… Gülməklər yox mənə… Qəhqəhələr qadağan ! bir zərbə endi gözyaşlarından dərtlərdən kədərlərdən…. Getmələrindən !
! Gülüşlər yaraşmır mənə. .Təbəssümlər itkin !

… xəyal qura bilmirəm artıq.. gecələr uzaq mənə uzaq səhərimə ümidlər!
! ulduzum itkin,xəyallar çox uzaq !

… yaşaya bilmirəm… bu otaq bu ev.. bu küçə.. bu şəhər bu şəhər və insanlar.. Hamısı darıxdırıcı hamısı boğucu.Nəfəs ala bilmirəm.. işıqları yox bu şəhərin sən olmadan da olmayacaq.. yaşanmayacaq bu şəhərdə ! Yaşaya bilməyəcəyəm..!
! Nəfəs almaq yox,işıqlar itkin !

… Ritm tuta bilmirəm artıq… itirdim sevginin notlarını… qaçırdım..! çoxdan bitdi ,çoxdan yaxınlaşdı ayrılığa..! çoxdan həbs oldu eşq ayrılığa ! Ritmlər də, notlar da !...
! eşqlər itkin ,ayrılıqlar itkin !

… sevə bilmirəm artıq… qorxuram ,çəkinirəm eşqdən sevgidən ! Bir də eşq məni tərk etsə… Sevə bilmirəm artıq… qorxuram…
Sevmələrin ardından getmələrdən tərk etmələrdən yoruldum.İstemirəm belə sevmeyi ..!
! Sevmələr yox ,getmələr yox.. Yollar itkin !

… istəmirəm; el-aləmə bizli xəyallardan bəhs etməkdən… cüt deyərkən həmişə tək olmaq tək yaşamaq bu sevdanı hərkəsə qarşı…
Tək tərəfli darıxmaq tək tərəfli sevmək… İstəmirəm artıq, cüt deyərkən Tək qalmağı…
! Cütlər yox ‘tək' lər itkin !

… yaza bilmirəm artıq.. cümlələrimin davamı gəlmir və sən gedirsən…
Və girdiyin yol tək istiqamətidi sevgili… yollar sənin olsun.. gedişlər sənin olsun…!
! Cümlələr itkin ,yollar bağlı… !

… qışqırıram artıq… sənsizəm… çarəsizim! Qışqırıram; bütün kainat şahid olsun deyə… qışqırıqlarımla yıxıram kainatı…
! Susmaq yox,xoşbəxtlik itkin !

… bitirəm artıq.. sənsizliyi yazılara qonaq edərək…! Misralarımda hirsimlə, nifrətimlə… Sənsizliyi nöqtə nöqtə bitirərək heca -heca yazaraq bitirəm.. və gedirəm..!
!!! Eşq yox… Sənsizlik itkin!!!

… kağız yox qələm yox.. rəsm və fırça yox.. yazılı acıılarım yox olmayacaq !yazmalar yox artıq.. yalan sevdaları rəsmdə təsvir etmək yox…
Çəkmələr bitdi,qaralamalar bitdi…
! qələmim yox… ağrılar itkin !

… payızlar,ayrılıqlar bitdi artıq ! Keçdi… yaşanmamış xəyalların həsrətiylə qaldı gözlər… Sevdadırsa tərk edilişiylə…
! payız yox… Ürək itkin !

… yaza bilmirəm artıq.. cümlələrimin davamı gəlmir və sən bu qədər üsyana baxmayaraq yenə gəlmirsən… Yoxsan… və gəlməyəcəksən ! Qapılar bağlı sənə..! sözlərim bir ox qədər lülədə dayanan güllə kimi mərhəmətsiz xain ! Bilmirəm üsyan etməkdən başqa bir şey.. ümidsizlikdən….
! Ümidlər yox xəyallar yox qovuşmaq xəyal !!
Açıq qapı yox. .Üsyanlar güllədə.. Üsyanlar Keşikdə…
Gülüşlər itkin xoşbəxtlik xəyal…
Güllələr xəncərlər,oxlar yaxın!
Həsrətim itkin.. Cümlələrim itkin !
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.