Unutduğum birinə...

07 Eylül 2015
1 686
7
Unutduğum birinə...
Unutduğum birinə...

Əslində heç vaxt mənim olmadın, ama səni kənardan seyr etmək də gözəl idi.. Bu yaxınlarda nə hiss etdim, blirsən?! Səni daha qısqanmıram.. Adətən deyirlər ki: Qısqanırsa, sevir.. Demək artıq səni sevmirəm? Qəribə bir duyğu qalıb ama.. Şəkillərdə səni başqaları ilə görəndə içimdə bir qəhər var sanki, sıxır ürəyimi və şəklə baxdıqca bu sıxıntı çoxalır.. Bu da qısqanclıqdı? Dəyişilmisən, daha çox böyümüsən deyərdim.. Biraz da adiləşmisən, onlar kimi olmusan, özündən uzaqlaşdın, ya elə özün busan, o Allahın işidir, amma əvvəl daha məsum idin sanki.. Bəlkə də elə qısqandığımdan belə düşünürəm, ama yox.. Öncələr ruhun daha təmiz, cismin daha sadə idi, indi süniləşmisən.. Hər dəfə sənin şəkillərini axtarıb, tapıb, yenə baxıram.. Hər baxdıqca yalanların gəlir gözümün qarşısına, içimdə bir səs ’axtar tap, ona hər şeyi de’ deyir, amma yox.. Artıq sənin üçün də önəmi yoxdur.. Görəsən yadına düşürəm?! Çətin.. Hərdən doldurulan beyninə haqqımda səhv fikirlər gəlsə də, nifrət etsən də, hər nə olsa, yenə bir hüzün var səndə də, buna əminəm.. Yazmışdın ki, ’hər yerdə bizi axtarıram’.. Nahaq.. Səninlə mən nə zaman Biz olduq ki?! Zəmati olmayan, adsız hisslər bizi biryerə gətirmişdi, elə onlar da ayırdı.. Ümid edirəm yanındakı dostlarla, daha xoşbəxtsən.. Haqqımda düşündüklərin də artıq önəmli deyil, öncələr bir səhv fikrini düzəltmək üçün canımı verərdim, indi yanımdan keçəndə üzünə belə baxmıram, gözəl deyiblər Mənə göstər dostun kimdir. Sənə deyim sən kimsən.. Artıq sənə verdiyim dəyər elə onlara verdiyim dəyərlə eynidir.. Özün endin o səviyyəyə.. Elə bilirsən düşməndən dosta keçdin? Bunu zamanla görərik, ama bir şeyi unutma, düşmənimi belə bağrıma bassam, səni artıq tanımıram.. Bu sənə nifrət etdiyimdən deyil, bu artıq mənə düşmən belə olmadığındandır.. Dəyər versəydim nifrət edərdim.. Buna əmin ol.. Uzun müddət sonra yenə əksinə rast gəlsim, çox az sayda qalan ortaq dostlarımız vasitəsilə, qısqanmadım.. Məndən sonra çoxları yaxın olub sənə, hamısından da ayrıldın, indi üzündəki saxta təbəssümlə gizlədə bilərsən ürəyində baş verənləri, ama məndən yox.. Çünki mən sənin ruhunu görürəm, gözlərindən.. Məqalə yazdığım üçün də səni düşündüyümü zənn etmə, mən şeytana belə məqalə yaza bilərəm, necə olsa, o mənim qəlbimdədir, səni isə ordan qovdum, demək şeytan qədər belə yoxsan mənim üçün.. İndi hər kəs, bunu kimə yazdın? deyə soruşsa, nə deyim? Deyim ki: Unutduğum birinə Mən elə bilirdim birisini unutmaq olmaz, amma yanılmışam, unudulurmuş..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    bu matiskenin sacina bax. sene kisi pasportu verenin atasina lenet
  2. Lami95
    bezen heqiqetende kecmir qalanlar olur izler her defe tezelenir..her sey ile tewekkurler sevdim xeberi
  3. Tina
    • Tina
    • 7 Eylül 2015 15:10
    beyendim
    ------------------
    twk
    fellow
  4. allah bendesi
    gozel xeberdir tewekkurler
  5. _Sirin_
    Ehhh insan getdikce oz sevdiklrni itirir tipki benim gibi hayat iwde uzulursen gulumse gulumsersen uzulursun yenede tssk xebere gore. ela
  6. crazy_reniw
    sehri tam duz dedin heqiqeten beledir sa ol
  7. SEHRI
    • SEHRI
    • 7 Eylül 2015 10:59
    zamanla hərşey hərkəs unudulur.düzdür ilk başda yara kimi ağrı versədə zamanla o yara sağalır sadəcə izi qalır.ağrı verməyən bir iz.
    gözəl xəbərdi əllərinə sağlıq.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.