Sən Məniiim Hərşeyimsən

11 Eylül 2015
3 619
9
Sən Məniiim Hərşeyimsən
Sən Məniiim Hərşeyimsən


Sən Məniiim Hərşeyimsən
EŞQİMSƏN... Bunun sonrası yox bunu açıqlayacaq başqa bir anlayışda yox...
KÖRPƏMSƏN... Bir ana körpəsinin üzərinə necə titreyirsə məndə sənə eləyəm, gözümdən qoruyuram səni...
CANIMSAN... Bəli sən canımın canı, qanımın qanı, ürəyimin ürəyi, nəfəsimin nəfəsisən...
ÇAREMSƏN... Hər dərdimi bir şəkildə səninlə həll edirəm. Sənin sevgin mənə güc verir...
DÜNYAMSAN... Xoşbəxtliyim, kədərim, təbəssümüm, hər şeyi, səndə yaşayıram. Sən böyük dünyamsan mənim...

TƏKİMSEN MƏNİM... Bənzərsizsən, varlığınla, ruhunla, baxışınla, gülüşünlə, tokunuşunla bir dənəsən!
TUFANIM... Həyatıma girdiyin ilk zamanlarda sevgin başımı elə çevirdi ki, tufanım oldun məni oradan oraya sürüyüb gic elədin...
GƏLƏCƏYİM... Bu qəder zaman tək idi bu ruh... Dilə asan 22 il, amma artıq sən varsan, sən gələcəyimsən...
HEYAT YOLDAŞIM... Bir insanın həyatında ana ata və qardaşlarından sonra ən əhəmiyyətli şəxsdir həyat yoldaşı... Sən də mənim bu ömür yolumda, yoldaşım olacaqsan İnşallah...
İŞIĞIM... Səni ilk tanıdığımda dibsiz bi quyudaydım elə bil. Qapqaranlıq soyuq bir quyu sən, mənim işığım oldun... Həm də işıqların ən gözəlisən çünkü, sadəcə doğru ve gözəl olan hər şeyi işıqlandıran mənə sevgin ve etibarınla...

İLKİM... Düşünürəm ki, anladın bunu, həyatımdakı bütün ilklərə sən sahibsən ve unutma ilklər iz buraxar və iz buraxanlar unudulmaz...
ÜRƏK DÖYÜNTÜLƏRİM... Bu ürək sənsizkən atmağa qorxur, sən mənim ürəyiin ən həyəcanlı, ən sürətli,ən yavaş ritmisən, yaşamam üçün lazımsan!...
LİMANIM... Çarəsizcə üzərkən həyat deyilən bu böyük dənizdə, sığınacaq bir liman tapa bilməmişdim o amansız fırtınalarda. Amma sən çıxıb gəldin limanım oldun sənə sığındım...
MÖCÜZƏM... İnanılması güc hadisələrdir möcüzələr ve gerçək varlıqlar olar o möcüzələrdə. Bax eynilə sən! Həyat mənə sənin kimi bir möcüzə təqdim etdi, anladım ki, mən fərqliyəm ki, səni göndərdi Tanrım mənə...
NƏFƏSİM... Sən olmadan bu ürək atmır demişdim. Atmayan bir ürək necə nəfəs təmin edər? Varlığımsan...

HƏSRƏTLƏRİM... Darıxdığım hər şeyi sənde tapıram. Uşaqlığımı, dəcəlliklərimi, qorxmadan ağlamanı...
PARILTIM... Çox vaxt deyərsen axı, gözlərin parıldayır deyə. Bax bu parıltıların səbəbi sənsən. Yaxşı olan gözəl olan hər şeyi varlığınla işıqlandırırsan...
ŞANSIM... Həyatdakı ən böyük şansımsan, sənə layiq olduğum üçün şanslıyam...
ÜMİDLƏRİM... Gözləmələrim həmişə sənin üzərinə qurulu, həyatdakı tək və ən böyük ümidimsən... Unutma insanlar ümid etmədən yaşaya bilməzlərmiş...
ZƏFƏRLƏRİM... Səni izah edən ən əhəmiyyətli söz budu bəlkə də... Sən də qazandım hər şeyi... EŞQİMİ, SEVGİMİ, ETİBARI, HÖRMƏTİ, İNANCI, XOŞBƏXTLİYİ, KƏDƏRİ belə....
QISASI "HƏYATI" SƏNLƏ SƏNDƏ QAZANDIM...SƏNİ QAZANDIM...VƏ SƏN ƏN BÖYÜK ZƏFƏRİMSƏN...VƏ SƏN MƏNİMSƏN..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    coox romantikdi )),,,,,,,,,,,,
  2. crazy_reniw
    tam oxumadim amma yaxsidir saq olun

    tam oxumadim amma yaxsidir saq olun
  3. Ona mexsuz
    Yarsinin oxdum gozel xebere oxsayir cox sagolunun
  4. AleDa
    • AleDa
    • 11 Eylül 2015 23:39
    cox gozel menali sozdu.hec bezmeden sona qeder oxudum cox gozeldi.sevgi insani cox deyisdirir.dusunuremki bu dunyada her kes bir gun sevgini dadmalidir.xeberde mohtesem alinib
  5. allah bendesi
    yarisini oxudum tewekkurler sonra oxuyaram hamisini
  6. Lami95
    qewey xeber olub ellerine sagliq
  7. ♔Fidanka♔
    Çox bəyəndim həqiqətən əla alınıb)
  8. sevgi^_^
    Vaauu superdikii cox beyendim ellerine saliq
  9. Eylül
    Bəyəndim əllərinizə sağlıq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.