Kimlə payız yaşayırsan indi sən ?

22 Eylül 2022
6 434
2
Kimlə payız yaşayırsan indi sən ?
Kimlə payız yaşayırsan indi sən ?

Yağış yağır bu şəhərə..Xatirələr islanır.. Sel aparan küçələrdən ayaq izin boylanir..

De hardasan? Kiminləsən? De kiminsən? Hansı qəlbdə yaşayırsan,,de indi sən?

Mürgülüyən keçmişimsən,Yağış yağır,diksinirsən,oyanırsan.

Parçalayır,yer eyləyir,ürəyimdən boylanırsan ..

Sen var idin..Cənnət idi palçıq axan küçələr ,Yoxlugunda darlıq edir,yaman sıxır bu şəhər...





Yadındamı ötən payız? Sən..Mən.. bu Şəhər.. Yanımdaydın,üşürtmürdü nə leysanlar,nə küləklər..

Yenə payız..Həmin şəhər . Yenə yağış.Yenə mən.. Bu romantik mənzərədə çatışmırsan bircə sən...

De hardasan?

Kiminləsən?

De kiminsən?

Kimlə payız yaşayırsan de indi sən?



RƏYLƏR
  1. crazy_reniw
    gozel olub ellerine saqliq
  2. allah bendesi
    ellerinize sagliq beyendim xeberi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.