O vaxtında çatmışdı

02 Kasım 2015
1 425
2
O vaxtında çatmışdı
O vaxtında çatmışdı

O vaxtında çatmışdı

Taksiyə qadın oturdu, əlində böyük gül buketi,
paltarının ətəyini həyəcanlı bir şəkildə toplamağa
çalışırdı, həyəcanlı idi.
- Zəhmət olmasa bir az tez, gecikirəm!
- Yəqin ki, qonaqlıga gedirsiniz.
- Bəli, qızımın ad günüdür. Bu gün onun 25 yaşı tamam olur. O saat 15:00-da məni gözləyir. Saat
14:40 idi.

- Onda tez gedək, gecikməmək üçün, ünvanı
deyin...
- Burda, uzaqda deyil, şimal qəbristanlığına, zəhmət
olmasa - dedi, sürücüyə kədər və göz yaşları ilə dolu gözlərlə baxdı. O qadına baxdı, amma heç nə
demədi. Qadın isə
az qala ağlayaraq danışmağa davam edirdi:
- Başa düşürsünüz, mənim qızım bir ay əvvəl məni
tək buraxdı, dünən isə mənə zəng edib deyir: "

Ana, əgər mənim üçün bu qədər darıxırsansa, günorta saat üçdə mənim yanıma gəl, oturarıq, söhbət edərik"
Qadının sifətində titrək gülüş yarandı..


- O məni gözləyir tez olun !
Hava çox isti idi, hər yerdə tıxac var idi.
- Qorxuram ki, çatmayaq - deyə sürücü dilləndi. - Heç
nə olmaz, burda yaxındadır, piyada gedərəm. O cəld addımlarla çıxdı, qəbirstanlıq tərəfə yollandı və
döngədə gözdən itdi.
Maşınların hərəkəti bərpa olundu və taksi yoluna
davam etdi..

Həmin döngə tərəfə gedərkən sürücü, ona tanış olan
gülləri yola səpilmiş vəziyyətdə gördü. Dəhşətli qəza baş vermişdi, həmin qadın qəzada ölmüşdü. Bircə
külək onun saçlarını və əlində qalan gülləri tərpədirdi.
Sürücü saata baxdı: 15:00 ...
O vaxtında çatmışdı qızı ilə görüşə..
O vaxtında çatmışdı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 2 Kasım 2015 22:41
    Dunen oxudum bu hekayenı. Menalı hekayedı. Mence bu cur hadıseler cox olur..
  2. -Aydan-
    - Əsas o idi vaxtında çatmışdı..
    -Maralı məqalə üçün təşəkkürlər,..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.