Eyni yerə çıxır bütün yollar... Sənə!

09 Aralık 2015
2 242
1
Eyni yerə çıxır bütün yollar... Sənə!
Eyni yerə çıxır bütün yollar... Sənə!


İncimişəm əslində, hirsliyəm... sənə deyil.. Səni məyus edən bu axmaqlığıma… Nə olursa olsun!

Zamanım da məkanım da dəyişmir.

Həmişə, hər vaxt eyni yerə çıxır bütün yollar...

...Sənə!..


Öyrəndim artıq sevgimi tək başıma yaşamağı.

Təkliyimin məsuliyyətini daşıyacaq qədər də ürəkli olduğumu düşünür və söyləyirəm hər kəsə qürurla.

Gecələr ağrı olub qəlbimi incidir amma ürəyimdə yaşatdığım sevgimi düşündükcə, içimə yayılan istilik aparardı...

...Bütün ağrılarımı!..


Həsrətin içində eşqim, xoşbəxtliyim, ümidlərim var. Sən tam fərqli idin.

Kimsəni sənin qədər sevməmişdim. Səni birinə izah etməyə qalxsam sözlər çatmır, sözlər acizləşir....

Gülə bilmirəm artıq? Ən yaxşı bacardığım şeyi itirdim?

Əslində əvvəl səni və səninlə birlikdə hər şeyimi itirdim. Yanımda yoxsan...

Olsan səni qucaqlardım, möhkəm-möhkəm. Buraxmazdım. Bilirəm məndən ayrısan, heç sahib ola bilmədim...

...Sənə!..


Olmaqda istəmədim əslində, çünki həmişə yanımda olacaqdın...

Dinlədiyim hər mahnıda, hər yağışda, dalğaların qayalara çarpışında, sən yenidən gedirsən məndən.

Mən bu ayrılıqların ağrısını yaşadığım zaman, bir gün gedə biləcəklərini düşünərək, kimsənin gəlməsinə icazə...

...Vermirəm!..



Sənə ilk sətirlərimi yazanda, yenə şam işığı vardı otağımda. Soyuq, ağ bir dəftərin hər şeyi xəyala çevirən

səhifələrində, ilk dəfə səni yaşamışdım. İndi uzun yağışların səslərində, yenə şam işığıyla dolu otağımda, yenə və

hələ sənə yazıram. Çünki mən hər məyusluğumda sənə qayıdıram.

Heç bir zaman sonu gəlməyəcək günlərimizə dönüb, hələ də səni axtarıram...

Çünki hələ də səni.....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Alev..
    • Alev..
    • 12 Aralık 2015 14:56
    Həsrətin içində eşqim, xoşbəxtliyim, ümidlərim var. Sən tam fərqli idin.

    Kimsəni sənin qədər sevməmişdim. Səni birinə izah etməyə qalxsam sözlər çatmır, sözlər acizləşir....
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.