Sən mənim ayrılıq şeirimsən =(

27 Eylül 2014
1 842
0
Sən mənim ayrılıq şeirimsən =(
Sən mənim ayrılıq şeirimsən =(

Dahada çoxalır,böyüyür dərdim.
Özləmək azalmır,nə də bitməyir.
Məndən ixtiyarsız darıxır qəlbim.
Daha şəkillərdə kömək etməyir...

Mən bilən ən gözəl səs idi o səs.
Amma unutmuşam o gözəl səsi..
Daha xəyallarda görürəm, Heyf,
Bir zaman yanımda gördüyüm kəsi...


Qoy daşsın dənizlər,fırtına qopsun.
Artıq yaşamağı tutmuram baha.
Sadəcə ürəyim rahatlıq tapsın.
Sevmək həvəsində deyiləm daha...


Onsuz bu həyatda yanıb bitmişəm.
Düşəcəm nə üzlə mən cəhənnəmə.?
Gözümün yaşların qurban etmişəm.
Bir damla sevincə, bir damla qəmə...

Ən böyük əzab tərk edilmək deyil, aldadılmaq deyil, darıxmaq heç deyil; ən böyük əzab, gedərək böyüyən boşluqmuş.
Ən böyük itki sevib, sonda kimi sevdiyini anlaya bilməməkmiş. Dəyər verib layiq olmadığını qavramaqmış.
Könlümdəki uşaq susdu və mən kənara qısıldım, çarəsizəm. Sürətli dağ çayı ikən dayandım. Uşaq ürəyimlə böyük sevgilər yaşayarkən adam oldum, amma uşaq tərəfindən sevgilər qazana bilməyən oldum. Hər vuruşundan sonra yaşadığım müvəffəqiyyətləri unutdum, daha da batmaqdayam. Qan qusuram, lazım olan heç bir yerdə deyiləm daha. Bir itkin zaman yaşayıram.Yadlaşıram bu şəhərdə, bir yanıq baramayam, dirilib ölürəm, öz dünyamda səninlə yaşayıram.
Günün ilk işıqları, sənin bədənin kimi yatağıma düşür, mən titrəyirəm, halbuki nə çox sevərdik bu işıqları.



Yeni bir gün, yeni bir ümid demək idi bizim üçün, sevdamızı ümidlərlə naxış kimi toxumuşduq xəyallarımıza.
İçimizdə həmişə başqa biri var başqa dünyalar ümidlər və eşqlər, gecə və gündüz kimi, bir almanın digər yarısı kimi.Əskik qaldım indi sən gedəndə. Gülüşün ümid, baxışın xoşbəxtlik idi, getdin, payızda ardına baxmayan leylək kimi.
Halbuki çaylar qurmuşduq sonunda okeanlar, incilər çıxardar, ağlayan uşağın qəmzəsi olardıq saf və duru.
İtdin, gülüşlər həmişə saxta. Uzaqdasan, ulduzların da kənarında ürəyimi sökdün gedərkən görürsənmü halımı.
Həyasız gecələrdə içdiyim şərabıma çörək, ürəyimə liman, payızımda əsən şirin külək idin, üzümə təbəssümlər əsdirərdin.
Bir can olmaq idi səninlə məqsədim, dağlar sahibsiz, evsiz insanlar , sevmənin əvəzi unudulmaqmış.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.