Sevgini əsirgəmə

12 Şubat 2016
2 670
1
Sevgini əsirgəmə
Sevgini əsirgəmə

Sevgini əsirgəmə

Sən özün gözəl bilirsən,
Sevgi nə , sevilmək nədir !
Eləysə gəl əsirgəmə ,
Hiss edim ki, sevmək nədir,
Bilim ki, sevgi gözəldir !

Əlim əlinə çatmayır,
Özgəsi qəlbə yatmayır,
Ürək məni aldatmayır,
O sevir səni , həm də çox,
Sözlərim gerçək , yalan yox !



Nigaranam səndən yaman,
Bu nakamlıq vermir aman ,
Bəlkə də gələcək zaman,
Bəlkə məni sevəcəksən,
Sevdiyini deyəcəksən !


Sən sevib bəla görmüsən,
Tənha da ömür sürmüsən,
Sevginə nifrət etmisən,
De mənim günahim nədir?!
Tək günahım sevməyimdir,
Tək günahım saf sevgimdir.

Sevgini əsirgəmə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    bele weirleri sevmirem..cox sag ol baci paylaşim ucun.ellerine sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.