Yarım canım

18 Şubat 2016
2 825
3
Yarım canım
Yarım canım

Yarım canım

Məndən də çox sevən varsa, göstər onu,
Tanıyım mən, görüm necə, çoxmu yaxşı.
Bəlkə yalan danışırsan yenə mənə, bilmirəm heç,
İnanımmı, yoxsa çıxım sənə qarşı.

Sən yaxşısan, səndən yoxdur, yerin başqa,
Qarşı çıxsam deyiləcək ilk kəlmələr.
Neynirəm mən, lap sığal çək saçlarıma, öp üzümdən,
Dil dəyişər, boş təbəssüm, qalar eyni fikirlər.

Gəl indi get, ya da sabah, fərqi nədir 10 gün sonra,
Sən getmisən, yoxsan axı, görmürəm mən, hardasan ki.
Özün də get, yarın orda, yarın burda, birdəfəlik,
Fikrin orda, ol yanımda, istəmirəm xeyri nə ki.

Geri dönsən, öz evintək gəl utanma, mənlə yaşa,
1 il, 5 il, tapsan yaxşı, göz yum çıx get, üzülmərəm.
İtir sayın, gəz dünyanı, axtar ara, ötür yaşı,
Lap yüzün tap, pis olsalar geri qayıt, gözləyirəm.

40 il sonra daha gəlmə, bəlkə yoxam, cəhd eləmə,
Demək olar sən eynisən, mənsə qoca, heç görmürəm.
Toxun qorxma, qırış əlin iyirmi beş tək zərif mənə,
Sən gözəlsən həminkitək, mən əminəm, hiss edirəm..

Yarım canım

Müəllif: Nicat Babaşov

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
allah bendesi
yaxşidir ellerine sagliq baci
Jessica
Bəzilərini bəyəndim Təşəkkür
ALA GOZ
Sən yaxşısan, səndən yoxdur, yerin başqa,
Qarşı çıxsam deyiləcək ilk kəlmələr.
Neynirəm mən, lap sığal çək saçlarıma, öp üzümdən,
Dil dəyişər, boş təbəssüm, qalar eyni fikirlər

ƏN ÇOX BU BƏNDİ BƏYƏNDİM.TƏŞƏKKÜRLƏR MÜƏLLİFƏ
RƏY ƏLAVƏ ET