Edama Məhkum Xəyallar {6. Bölüm}

23 Şubat 2016
1 553
4
Edama Məhkum Xəyallar {6. Bölüm}
Edama Məhkum Xəyallar {6. Bölüm}


6. Bölüm

Edama Məhkum Xəyallar {6. Bölüm}

Mariya hәmin anın şokunu yaşayırdı... Müsәlmanlar haqqında әn kiçik fikri
belә yox idi. Düzdür, eşitmişdi ki, müsәlmanlar Namaz qılırlar, oruc
tuturlar... Amma bunlar ona çox mәnasız bir şey kimi gәlirdi... Edvardın
müsәlman olması onun fikirlәrini darmadağın etdi. Niyә? Heç özü dә
bilmirdi... Yox. Yәqin ki, bu pis bir şey deyil. Nәdәnsә içindә İslama qarşı
rәğbәt yarandı... Heç ummamışdı buralara qәdәr gәlib çıxacağını..
- Mariya... - Edvardın sakit sәsi Mariyanı donub qalmaqdan xilas etdi.
- Hә.. - deyә yorğun vә tәәccüblü tәrzdә cavab verdi. - demәli, müsәlman
imişsәn.. Hә?

- Hә. - Edvard sualedici nәzәrlәrlә Mariyaya baxdı.
- Mәnә müsәlmanları danışarsan? - Mariya illәrin yorğunluğunu bir kәnara
atıb gülümsәdi. Əminliklә olmasa da, demәk olardı ki, bu gülümsәmәnin az
bir hissәsini anasının ayılma xәbәrindәn dә alıb.
- Hә, әlbәttә... - Edvardın sevincinin hәddi-hüdudu yox idi... - Niyә dә yox?..
Anan ayıldı?

- Hә. Elә mәn dә bunu xәbәr vermәyә gәlmişdim ki... bunlar baş verdi.
- Gedәk ananın yanına. Bu haqda daha sonra danışarıq..!
- Hә. Elә mәn dә bunu xәbәr vermәyә gәlmişdim. Anam ayıldı.
- Doğurdan? Gedәk yanına. - Edvard sevinclә Mariyanın qolundan dartdı.
Az sonra hәr ikisi 256 nömrәli otaqda idilәr. Görünür, Mariyanın anası çox
xoşbәxt idi. Bir az söhbәtdәn sonra hәkim gәldi:
- Keçmiş olsun, az öncә baş-beyin tomoqrafiyası göstәricilәrinizә baxdım.
Hәr şey yaxşıdır. Sabah evә gedә bilәrsiniz. Amma 1 ay boyunca yazacağım
dәrmanları içmәyinizi mәslәhәt görürәm. Bir daha keçmiş olsun...

- Çox sağ olun, hәkim bәy.- Edvard, görünür, tez reaksiya verdi.
- Buyurun...
- Hә, - Edvard davam etdi, - bu gecәni kim qalır?
- Mәn qalacağam, sәn get. Sabah gәlib götürәrsәn bizi.
- Yaxşı, onda mәn gedim. Hәlәlik.
- Hәlәlik - Mariya yorğun vә bir qәdәr sakit sәslә cavab verdi. Görünür,
Edvardın müsәlman olma mәsәlәsi onu çox narahat edirdi... Yox, daha çox
düşünürdü bu haqda. Heç belә şey olacağını gözlәmirdi. Tәbii, әgәr
müsәlman bir qadın da öz "dostunun" xristian olduğunu bilsәydi, eyni
reaksiyanı verәrdi. Hәtta bәlkә dә, daha artıq... Mariya bu fikirlәr arasında
rәqs edәrkәn, anasının yuxuya getdiyini gördü. Üstündәki nazik yorğanı bir
az yuxarı çәkib üzündәn öpdü. Bu, çox gözәl hiss idi. İndisә, yatmalıydı.
Sabah, başqa günlәrdәn fәrqli gün olacaqdı...


Edama Məhkum Xəyallar {6. Bölüm}


Müəllif: Rasim Yusifov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SaFFron
    Sitat: Jessica
    Ardı yoxdu? fellow

    Ardını müəllif yazmıyıb hələ :/
  2. Jessica
    Ardı yoxdu? fellow
  3. Jessica
    Mariyanın bu qədər düşməsi nomaldı Mənim fikirimcə hamı isterik öz iliqin dən dindən ,biriylə
    Sevgili və yaxud dost , olsun mənə xoş gəlmir , bir xristianlar dostluq qurmaq onlarla nə qədər ünsiyyət qurmaq çalışanlardan mən , onlardan uzaq olmuşam .nəsə heç xoşlamıram
    Maraqla davamını , gözləyirəm ...
  4. allah bendesi
    gorek ne olacaq sabah...ellerine sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.