Yenə xatirələr, yenə təəssüf

28 Eylül 2014
6 532
0
Yenə xatirələr, yenə təəssüf
Yenə xatirələr, yenə təəssüf

Bu görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə düşdük.
Salamsız kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə görüşdük.
Yenə xatirələr, yenə təəssüfYenə xatirələr, yenə təəssüfYenə xatirələr, yenə təəssüf
Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng deyildin.
Yenə xatirələr, yenə təəssüfYenə xatirələr, yenə təəssüfYenə xatirələr, yenə təəssüf
Hanı ömrümüzün ö keçən günü,
Hanı öz əhdinə ö dönük andım...
Sənin "gəl barışaq" təbəssümünü,
Mən o vaxt əl açan dilənçi sandım.
Yenə xatirələr, yenə təəssüfYenə xatirələr, yenə təəssüfYenə xatirələr, yenə təəssüf
İndi dayanmışıq üz-üzə yaxın,
Təəssüf çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın olmağın
Cazibə gücündən tez aşır insan.
Yenə xatirələr, yenə təəssüfYenə xatirələr, yenə təəssüfYenə xatirələr, yenə təəssüf
Bir eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən yoluma
Göy işıq olasan bu görkəmdə sən.
Yenə xatirələr, yenə təəssüfYenə xatirələr, yenə təəssüfYenə xatirələr, yenə təəssüf
Bəlkə də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf təəssüf təəssüf ilə,
Qayıda bilməyən günə təəssüf...!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.