Sevgi

01 Nisan 2016
3 939
2
Sevgi
Sevgi

Din əxlaqını yaşamayan insanların həqiqi mənada sevmələri və sevilmələri qeyri-mümkündür. Gerçək sevginin qarşılıqlı olaraq yaşanması üçün, o insanın hər şeydən əvvəl allahı dərin bir sevgiylə sevməsi və allahın sevgisini qazana biləcəyi bir əxlaq göstərməsi lazımdır. allah, sevdiyi qullarının ürəyinə bir sevgi verər və digər insanların ürəyində də onlara qarşı bir sevgi yaradar. Unudulmamalıdır ki, sevginin əsl qaynağı və əsl sahibi yalnız allahdır. Sevgi kimi çox böyük və qiymətli bir neməti yaşaya bilmək üçün, insanın əvvəlcə əxlaqı ilə bu nemətə layiq olması və allahdan özünə bu neməti verməsini istəməsi lazımdır.
Həqiqi sevginin meydana gəlməsi üçün əvvəlcə sevginin önündəki eqoizm, mənfəətçilik, səmimiyyətsizlik kimi maneələrin qaldırılması lazımdır. Qürur, sevginin meydana gəlməsinə maneə törədən ən əhəmiyyətli səbəblərdən biridir. Təvazökarlıq isə sevginin ən əhəmiyyətli şərtlərindəndir. Çünki təvazökar olmayan və özünü digər insanlardan üstün tutan birinin, həyatda ən dəyər verdiyi varlıq öz nəfsi olar. Digər insanları özündən daha dəyərsiz, daha aşağı görər. Ən ağıllı, ən vicdanlı, ən hörmətli insanın özü olduğuna inanar, bir mənada nəfsini ilahiləşdirmiş olar. Bu səbəbdən, bu dünyagörüşünə sahib olan bir insanın, özündən daha dəyərsiz gördüyü bir adama bağlanması, onun üçün fədakar olması, onun nəfsini özündən üstün tutması, digər bir deyimlə ürəyində ona qarşı gerçək bir sevgi meydana gəlməsi o qədər də mümkün olmaz. Bu səbəblə sevgi və qürur bir-birinə zidd iki xüsusiyyətdir. Qürurlu bir insan nə başqaları tərəfindən sevilə bilər, nə də özü insanlara qarşı dərin bir sevgi duya bilər.

İnsanların bir çoxu üçün həyatlarının ən əhəmiyyətli mövzusu, öz nəfslərinin rahatıdır. Ancaq gerçək sevgidə insan öz nəfsini unudar və sevdiyi insanın nəfsi ön plana keçər. Onu rahatlaşdırmaq üçün əlindən gələn hər cür səyi göstərər. Hər vaxt, sevdiyi adamın istəklərini, öz istəklərindən üstün tutar. Məsələn, birlikdə etdikləri bir iş səbəbiylə özünün təriflənməsindənsə, sevdiyi insanın təriflənməsi onun üçün daha əhəmiyyətli olar. Özü haqlı çıxmaqdansa, sevdiyi adamın haqlılığından daha çox zövq alar. Əgər əmək tələb edən bir işin edilməsi lazımdırsa, sevdiyi adamın yorulması yerinə, özü yorulmağı seçər. Əsla qarşı tərəfi utandıracaq, hörmətdən salacaq, incidəcək bir rəftar içinə girməz. Bunun səbəbi isə allahın razılığını, sevgisini və cənnətini qazanmaq istəyidir. Bir insan ancaq allahın razılığını qazanmaq üçün qarşısındakı adamı bu qədər fədakarca və səmimi bir anlayışla sevə bilər.

Sevgi

RƏYLƏR
  1. mexman
    salam necesiz
  2. allah bendesi
    teshekkurler meqale ucun..ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.