Bu sevgi dƏ belƏ bitdi

01 Ekim 2014
4 753
0
Bu sevgi dƏ belƏ bitdi
Bu sevgi dƏ belƏ bitdi


Bir az sevinc, bir az kədər,
Bir az gülüş, bir az qəhər,
Nələr, nələr demə hədər,
Bu sevgi də belə bitdi...

Huşa gedib, bayıldıq ki,
Sevildik ki, sayıldıq ki,
Bir yuxuymuş, ayıldıq ki,
Bu sevgi də belə bitdi...

Şirin-şirin xəyal qurduq,
Xəyalları yaman yorduq,
Həqiqətə dönüb, vardıq,
Bu sevgi də belə bitdi...

Bir yad idik, doğmalaşdıq,
Günlər keçdik, aylar aşdıq,
Bax ayrıldıq, uzaqlaşdıq,
Bu sevgi də belə bitdi...

De, görüşdük nədən, niyə,
Bel bağladıq axı nəyə ?
Bitməyəcək deyə-deyə,
Bu sevgi də belə bitdi...

Sən Yaşarda gör günahı,
Mən də sənə edim ahı,
Bitməyəcək nə var axı?
Bu sevgi də belə bitdi..
Bu sevgi də belə bitdi...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.