Olmazdı

02 Ekim 2014
1 476
0
Olmazdı
Olmazdı

Salam. Əslində hardan başlayırlar bilmirəm. Yəni insan tərk ediləndən sonra hardan başlayır ? Sondanmı yoxsa elə lap əvvəldənmi? Yox məncə ortadan. Nəysə, hər hardan başdıyır başdasın, əsas oduki başlayır. Gedişlər səssiz olur həmişə, heçnə demədən, cavabsız qalır gedişlər. Sakitçilikdən qorxmaq lazımdır, o sakitçiliyin içində ümidlərə qapılıb boğulada bilərsiniz. Hər şeyin yaxşı olacağına inanan insanlar mənə həmişə süni gəlib. Anı yaşayın, xoşbəxt olanda sevincdən qışqırın bağırın, amma sonda bədbəxlikdə gəlsə gözdə yaş quruyana qədər ağlayın. Kədərinizi sonacan yaşayın. Əmin olun ki, “Hər şey yaxşıdı” deyənlərində işləri yaxşı gətirmir, onlarda gecələr ağlıyır, sadəcə rola girib hamıdan hər şeyi gizlədirlər.
Sizi içdən güldürən biri, gedərkən gülüşünüzü də sizdən ala bilər. O an edəcəyiniz heçnə olmaz. Çırpınarsız. Yenicə qanadlanmağı öyrənən sərçə kimi bəlkə. Amma sonda qalxırsız əmin olun. Amma ağır. Bir daha düşməmək üçün bir az soyuq olmaq gərəklidi. Bu tərəflərdə soyuq olmaq olmur, Bakı nə qədər küləklərə boğsada bizi... “Olmaz” lardı hər şeyi əks edən əslində.
Məsələn, Sənə sarılmaq olmazdı, mənə toxunmaq olmazdı, səni sevmək olmazdı, məni sevməyin olmazdı, heç olmadıda. Yəni bu olmazlar olmazsa olmaz. Bəlkə həyatın əsas məqsədidə bu idi elə, olmazlar üzərində qurulmuşdu. Hələ çox yaxından tanımıram onu, tam bilmirəm insanlar üzərindəki məqsədi nədi, sevgi ilə qurulan ailələrin xoşbəxtliklə davamımı? Yoxsa sevgi ilə başlanan nağılın sonda bir qız körpəsinin atadan uzaq, anaya yaxın və özündən uzaq olmasımı? Mən illərdir bu suala cavab tapa bilmədim...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.