Silmədən bir yazı yazdım

02 Ekim 2014
1 687
0
Silmədən bir yazı yazdım
Silmədən bir yazı yazdım


Silmədən bir yazı yaza bilərsən özün üçün..O anda içindən nə gəlirsə yaz..Ən təbii halınla yaz ..Silmədən..O silmədən yazdığın yazı sənin ən dürüst halın ola bilər.Mən hal-hazırda silmədən yazıram..Duyğu və düşüncələrimin ilk hallarını..Bir neçə sətir içinə sığışdırılmış ən dürüst hallar..Həyatında bunu nə qədər edə bilərsən bəs? Kimsə bacarmaz bunu qorxma , hər kəs az bir az yalançıdır onsuz da bu yalan dünyada..Ağlına ilk gələn şeyi söylə desəm, deyə bilərsən?


Bax, mən deyirəm..Yox, deyə bilmirəm..
Və yenə silmədən davam edirəm..
Kim nə düşünər vasvasası içində dönüb dururam..Silmədən yazıram, amma bəlkə uzun bir müddət düşünürəm..İçimdən söküb atmaq istədiyim böyük bir bağlılığım var keçmişə qarşı..Öz içimdə yaratdığım və böyütdüyüm bir keçmiş..Bu hallarımı heç sevmirəm..Zəif bir xarakterdir bu,məncə..Özümü güclü bilirəm mən o isə..Demək ki, heç də güclü deyilmişəm..
Öyrənərəm bəlkə zamanla..
Silmədən yaşamağı, bəzi şeyləri silmədən başa salmağı..
Silmədən bir yazı yazıram indi.Demək olar,həmişə belə silmədən yazaram.İçimdən keçəni yazmağı isə bəzən ertəliyərəm, bəzən şeirlə anlatmağa çalışaram.Qəribə biriyəm, bəlkə.Bu gün bir daha anladım ki,özümü birilərindən daha az yaxşı, ya da daha əskik görməyim yalnışdır.Hər dəfəsində bu nəticəyə gəlməyim yaxşıdır mı? bilmirəm.Ya da bunu hər dəfəsində təkrarlamağım..Dediyim kimi qəribə biriyəm bəzən.Nə gəldi danışaram ara-sıra.Ağlımı itirdiyimi sanarsınız halbuki, normal halımdır o. Normal davrandığımda Mən mən olmuram ki, olması gərəkəni oynayıram,sadəcə.Hər kəs kimi ola bilmək üçün gərəklidir, bəlkə də.Çox ənənəyə qaçan bir kimliyim olduğu kimi bəzən çağların üstündə düşüncələrim də olur- dediyim kimi qəribə biriyəm təzadları birləsdirdiyimdənmidir,nədir?Anlaşılmaram cox zaman.Kiminə görə ciddi, kiminə görə olğun, kiminə görə zarafatcıl,kiminə görə balaca bir uşağam,təzadam hər şeydə.İnsanların xaricində qaldım, özümün içində.İç dünyamda ayrı bir mən yaşayır indilərdə.Bəlkə də, hər kəs kimi biriyəm.Özümü çox yüksəldirəm, ya da fərqli görmək istəyirəm deyə də düşünürəm bəzən.Amma bu fikirlər sadəcə mənə aid deyil, məni yaxşı tanıyanların və tanımağa başlayanların ortaq düşüncəsidir.Hər vəziyyətdə özümü ortaya atmaram.Arxa planda olmaq yaxşıdır mənim üçün.
İnsanlardan qaçışım bundandır bəlkə də...
Silmədən bir yazı yazdımSilmədən bir yazı yazdımSilmədən bir yazı yazdım
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.