Gerçək Olmayacaq Xəyalım

03 Ekim 2014
2 772
0
Gerçək Olmayacaq Xəyalım
Gerçək Olmayacaq Xəyalım


Mən də Sevilmək İstəyirəm, Mənim üçün narahat olan, mənim üçün darıxan bir nəfəri istəyirəm. Mənə tez-tez zəng edib "hardasan?" deyə soruşan, fasiləsiz mesajlarını yazan bir nəfəri istəyirəm. Məni hər zaman gözləyən, bir dəqiqə də olsun məndən ayrı qalmayan bir nəfəri istəyirəm...
Mən də Sevilmək İstəyirəm, Mənim üçün xoş sözlərini deyən, mənim üçün yaşayan, mənim üçün nəfəs alan bir nəfəri istəyirəm. Həyatını mənimlə paylaşan, mənimlə sirrini bölüşən, dərdimə şərik çıxan bir nəfəri istəyirəm. Mənə baxınca özünü, özünə baxınca məni görən bir nəfəri istəyirəm...
Mən də Sevilmək İstəyirəm, hər görüşə gedəndə çiçək almaq istəyirəm və hər görüşə gedəndə onun gecikməsini gözləmək istəyirəm. Onunla bir yerdə gəzib, ona saatlarla baxmaq istəyirəm. Saçlarına sığal çəkib, dünyanın ən gözəl sözlərini demək istəyirəm. Əllərini əllərim içinə alıb, onun istiliyini duymaq istəyirəm.
Mən də Sevilmək İstəyirəm, məni qısqanan, məni öz sual atəşinə tutan bir nəfəri istəyirəm. Hər gün məndən küsən və mənim də onun nazı ilə oynamaq istədiyim bir nəfəri istəyirəm. Və bəzən də Məni qısqandıraraq, mənim boynuma sarılacaq bir nəfəri istəyirəm. Dözərəm hər şeyə...
Mən də Sevilmək İstəyirəm, yağışlar altında gəzib, tökülən hər damlalarda sevgimi bölüşmək istəyirəm. Keçdiyimiz küçələrdə, yollarda sevgimizin izini qoyub, hər daşda, hər bir şey də xatirələrlə iz qoymaq istəyirəm. Yaşadıqca nəfəsimə nəfəs verən bir nəfəri istəyirəm...
Mən də Sevilmək İstəyirəm, Onunla səhərlər Günəşi bir yerdə qarşılayıb, axşamlar Ayı bir yerdə "salamlamaq" istəyirəm. Onunla Dəniz sahilində dalğaların səsini dinləyərək ulduzları sevə-sevə seyr etmək istəyirəm. Əl-ələ tutuşub ləpələr ayağımıza dəyə-dəyə sahilboyu gəzmək istəyirəm...
Mən də Sevilmək İstəyirəm, Elə bir Sevgilə ki, heç zaman məni atıb getməsin. Elə bir Sevgilə ki, bu sevginin sonu olmasın. Elə bir Sevgilə ki, qabağımızda heç bir maneə olmasın. Elə bir Sevgilə ki, o Sevgilə yaşayım, o Sevgilə nəfəs alım və o Sevgilə ürəyim döyünsün. Və elə bir Sevgilə ki, bizi ölüm də ayırsa belə Sevgimiz Ruhlarımızda yaşasın. Axı, Mən də Sevilmək İstəyirəm. Sevdiyimlə Xoşbəxt Həyatımızı qurmaq istəyirəm. Heç nə yox, Bir şey istəyirəm....Mən də Sevilmək İstəyirəm...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.