Səni Sevdiyim qədər yaşasaydım olümsüz olardim..!!

06 Ekim 2014
1 489
0
Səni Sevdiyim qədər yaşasaydım olümsüz olardim..!!
Səni Sevdiyim qədər yaşasaydım olümsüz olardim..!!

Sevgin ürəyimdə qərib düşübdür,
Yurdu talanıbdır yuvası uçub.
Gecələr sığınıb ümid payına
Dərin baxışında yuxu da susub

Zaman çox yarama bil sığal çəkib,
Amma dərinlikdə nə çox qəm-kədər.
Nə çox iztirab var, nələr bilmirəm
Bəlkə ürək yatır bir ümman qədər

Daha fikirlərim darma-dağındır,
Yolumun əvvəli başı görünmür.
Bəxtim daş içində sükut bağlayıb
Ayılan zamanı yaşı görünmür.

Özümü danlayıb günahkar deyə,
Elə hey kirpiklə od qaldırmışam.
Gözümü yollardan yığmışam daha
Özüm mən özümə dayaq olmuşam.

Ruhum bədənimdə hər çırpındıqca
Titrək baxışından sevgi ummuşam
İnsaf yaxşı şeydi, illər boyunca
Taleyin yükünü tək daşımışam

Əlim yollarına uzalı qalıb
Belə çox çəkəcək uzun illər də.
Mənə dinclik vermir ,rahatlıq vermir
İttiham eyləyir xatirələr də.

Qəmim qəmim üstə yığılıb indi
Mənsə, bir ümidi dayaq bilmişəm.
Ömrün o başından dər ocağına
İri addımlarla qonaq gəlmişəm

İllər bir dayağı qənimət bilib,
Nə səbrim vardısa, aldı apardı.
Ümid çırağımı söndürüb qəfil,
Qədər yaman yerdə pis axşamladı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.