Getdim

05 Ekim 2014
2 762
0
Getdim
Getdim

GetdimDeyirlər ki, həyatın mənası gedəndə gecələr çox uzun olur. Bəs mən olmayanda göy üzünə baxdınmı heç?Göy üzünə baxıb məni düşündünmü?Heç ağladınmı yoxluğuma? Dedinmi, kaş yanımda olsaydı,mənə qayıtsaydı?!
Keçmişimiz gəldimi ağlına?Səhərə qədər danışdığımız,danışa-danışa yuxuya getdiyimiz günlər yadına düşdümü?Düşündünmü sən heç məni?Hələdə sevdiyini hiss etdinmi?Canın yandımı?Doldumu gözlərin?Mənim sənin həyatının tamamı olduğumu anladınmı?İstədinmi məni yenidən?Heç qayıtmayacağımı bildin deyə öldünmü hər gün?Yox oldunmu içdən-içə?
Bilirəm Hər gün ağlına gədiyimi,ordan heç getmədiyimi bilirəm.Canının yandığını,mənsizliyə dözə bilmədiyini,hər nəfəs aldığında öldüyünü bilirəm...
Sənə çətin olacaq demişdim.Mənsizliyin sənə ağır gələcəyini,dözə bilməyəcəyini demişdim.Təsəllini siqaret tüstüsündə görürsen.Hər siqaretin tüstüsü ciyərlərinə getdiyində məni orda boğa biləcəyini düşünürsen...Ama yox!Görürsen ki,özün boğulursan.Mən sənə belə olacağını demişdim.Demişdim amma inanmamışdın.
Gördünmü? Haqlı olduğumu gördünmü?Mən hər dəfə çarə axtaranda sən bəhanə axtardın.İndi gördünmü çarəsizliyin nə olduğunu?Gördünmü bunun insanı necə bitirdiyini? Denən, gördünmü?
Sənə ''Getsəm dönməyəcəm'' demişdim. Demişdimdə inanmamışdın...
Getdim

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.