Təsirləndirəcək "sevgi" hekayəsi
— Yəqin siz başqa bir həkimə də getməlisiniz, ona görə belə tələsirsiniz?
— Xeyr, belə deyil. Mən saat 9-da xəstəxanada olmalıyam. Yoldaşımın səhər yeməyini verməliyəm.
Bu zaman mən ondan yoldaşına nə olduğunu soruşdum
Yaşlı kişi cavab verdi:- Onda Alçqeymer xəstəliyi tapıblar…
Mən saata baxıb soruşdum: -Bəs siz geciksəniz o narahat olmaz ki?
Qocanın sözləri məni təəccübləndirdi: Yoldaşım məni artıq 5 ildir ki, tanımır, hətta mənim onun nəyi olduğumu da xatırlamır. O yaddaşını itirib.
— Buna baxmayaraq siz hər səhər ora gedir, ona qulluq edirsiniz? Axı o sizi tanımır? Niyə bu qədər əziyyət çəkirsiniz?
Qoca gülümsünərək cavab verdi: — O məni xatırlamır, mən ki, onu xatırlayıram.
Mən göz yaşlarımı güclə saxladım, qoca gedəndən sonra uzun müddət özümə gələ bilmədim: “Bu ki, mənim daim axtardığım sevgidir.”
Hətta elə ağır xəstəliyinə baxmayaraq o qadın xoşbəxtdir, çünki onu sevən belə insan var…