Olmur Deyilmi?

14 Ekim 2014
1 965
0
Olmur Deyilmi?
Olmur Deyilmi?


Olmur Deyilmi?Olmur deyilmi? Onun indi nə etdiyi sizə çox maraqlıdı. Harada olduğunu, nə etdiyini bilmək istəyirsiz deyilmi? Üzü, gülüşü, gözlərinin içinə baxaraq susmağı ağlınızdan getmir. Birlikdə içdiyiniz qəhvə gəlir ağlına, getdiyiniz film, mübahisə etdiyiniz mövzu. Olmur deyilmi? Səsi üçün darıxırsan, kiminin gözləri ona bənzəyir, kiminin əlləri. Soyuq bir hiss içinizi örtür, getmir, donur. "Görəsən həyatında biri varmı? Kimsəni öpdümü, sarıldımı kiməsə, daha da acısı məni unutdumu?" kimi suallar. Bu sizə böyük dərd kimi gəlir və əslində onsuz olmur deyilmi?..Onun buraxdığı xatirələr, ah necədə unudulmazdı o günlər. Səndə unuda bilmirsən elə deyilmi? Hər keçdiyin kücələrdə onu axtarırsan onunla yenidən əl-ələ həmin küçələri gəzmək istəyirsən elə deyilmi? Unutmaq istəyirsən daha, yeni bir səhifə açmaq istəyirsən həyatında ama yenidən cuzi bir hərəkət, bir söz, nəbilim bir mahni belə onu sənə xatırladır yenidən başa dönürsən alınmır, elə deyilmi? Bu sevgi deyilən hiss sənidə günü gündən yeyib bitirir elə deyilmi? Sən də ya xəyanət görmüş, ya tərk edilmiş, ya da ki bəzi şərtlərə görə sevdiyindən vaz keçmisən. Bəlkədə hər şeyi yenidən başlamaq istiyirsən, onu qaytarmaq məsələn...Səndə indi buları oxuduqca xəyal gücümün yüksək olduğunu düşünürsən eləmi? Ama bilki mən sadəcə sevirəm və ayrılığa dözmək məcburiyyətindəyəm. Beləcə də yazmaqla acılarımı biraz olsun unutmaq niyyətindəyəm...


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.