Çox gözəl sevgi hekayəsi... - Oxucu məktubu

21 Ekim 2020
5 566
0
Çox gözəl sevgi hekayəsi... - Oxucu məktubu
Çox gözəl sevgi hekayəsi...

Deməli 2006-nin payız ayları idi, ali məktəbə yeni daxil olmuşdum. Birinci kurs tələbələri kimi təzə-təzə həvəsli idi, hər gün dərsdən çıxıb harasa gedirdik. Bir gün rəfiqəmnən dərsdən tez çıxmışdıq, 28 mayda "çuda peçka” var, dedik gedək ora sonra gedib gəzərik. Çox gözəl hava var idi. Bəli getdik ora sifarişimizi verdik, birdən qrup yoldaşım yaxınlaşdı bizə. Siz burda nə edirsiz? deyə başladı zarafatlaşmağa. Onunda yanında iki oğlan var idi. Onlardan biri bizə yaxınlaşdı. Ürəyimdə deyirdim ki, bunlar haradan gəlib çıxdı? tez çıxıb getsəydilər rahat çayımızı içərdik. Bəli çox keçmədiki danışıq tərzimdən başa düşdülər ki getsələr daha yaxşıdı.

Səhərisi gün dərsə gələndə qrup yoldaşım yaxınlaşıb dedi ki: Dünən yanımda oğlan var idiya o sənlə tanış olmaq istəyir, başladı tərifləməyə onu. Didim çox saq ol heç kimlə tanış olmaq fikrim yoxdu, amma buna baxmayaraq oğlan universitetdə kölgəmə çevrilmişdi hara gedirdim çıxırdı qabağıma. Bir universitetdə oxuyurduq. Üstündən bir neçə gün keçdi semestr imtahanları yaxınlaşmışdı, dərsdən sonra hər gün qalıb uşaqlarnan hazırlaşırdıq. Elçin didi ki gəl sən bu oğlana bir şans ver gör nə dəmək istəyir sənə. Razılaşdım didim harada görsə sözünü deyər.

Əməlli başlı siçan –pişik oynayırdım onunla. Dərsdən sonra bufetdə oturub materialları köçürdürdüm, birdə gördüm başımın üstündə kimsə dayanıb. Salam olar əyləşim diyə müraciət etdi. Buyurun sözündən başqa heçnə diyə bilmədim. Dedi ilk sevgiyə heç bir zaman inanmazdım, amma mən sizə vurulmuşam. Mənə bir şans verin, heç olmasa dost olaq. Razılaşdım. Həmin gündən etibarən ilk münasibətlərimiz dostluq üzərində quruldu. Hiss edirdim ki sevgimi qazanmağa çalışır. Qıraqdan ona baxım gülməyim gəlirdi. Təbbi ki, hər bir qız kimi bu da mənə xoş idi. Çox zarafatcıl oğlan olduğundan onunla heç darıxmırdım. Ona çox öyrəşmişdim. Hissləimiz qarşılıqlı olmuşdu. Amma bunu ona deməyə utanırdım.

Günlərin bir günü telefon vasitəsi ilə danışırdıq, birdən qayıdıb did ki mən səni sevirəm, bilmirdim necə deyim ki, məndə səni sevirəm. Özümü toplayıb didim məndə. Bu çox gözəl hisslər idi. Bu tanışlığın üstündən düz 8 il keçib artıq ailə həyatı qurmuşuq, bir qızımız var. Lakin buna baxmayaraq bir birimizə qarşı olan hisslərimiz ilk gündəki kimi qalıb.

İndi mən onu o məni sevdiyindən də çox sevirəm. Hər kəsə qarşılıqlı sevgi arzulayıram…

Firuzə Mirzəyeva
azadqadin.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.