•٠·..Sənli sənsizlik... •٠·

22 Ekim 2014
1 746
0
•٠·..Sənli sənsizlik... •٠·
•٠·..Sənli sənsizlik... •٠·


Bu yaşanan nədir Allah xatirinə ?
Sənli sənsizlik...
Bir varsan, bir yoxsan, nə yanımda nə də uzağımda...
Xəyal edirəm artıq səni olmadığın kimsəsiz gecələrdə,
Arzulayıram səni, ürəyinin pərdələrini səssizcə aralayaraq,
Sarılmaq istəyirəm qollarına, zülmət qaranlığına saxlanaraq...

İşıltı kimi uçuşur gözlərimin qarşısından,
Düşür ürəyimə ulduz yağışı kimi tənhalığın...
Otağımın pəncərəsindən uzadıram gecəyə ovuclarımı,
Bir gecə xülyalarımdan çıxıb gəlirsən deyə...

Sanki baharla açan tarla çiçəyi kimi təksən,
Yağış buludlarının yaş saçlarını oxşadığı kimsəsiz təpələrdə,
Sil başımdan, sevirəm deyə içimdə böyütdüyüm
..........sevdanın müqəddəsliyini,
Bədəninin toxunulmazlığını....


Sevgi dediyimiz, anlıq deyil ömürlük olsun,
Sıra - sıra aramıza girən dağlar yıxılsın,
Boşa keçməsin bu qədər zaman,
Boş yerə nəfəs almasın əsmər gecələr,
Sənli sənsizliyimdə çökməsin üstümə zülmət, ağırlığıyla,
Qanatmasın qabıq bağlamağa üz tutmuş yaralarımı,
Sən də məcbur etmə qaranlıqlara məni,
Sənli sənsizliyimə artıq, bir son qoy, ey sevimli !!!
[center][/center]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.