Sevgi nədir bilirsənmi?

10 Nisan 2017
2 184
0
Sevgi nədir bilirsənmi?
Məndən soruşursan sevgi nədir?
Deyim ki, ən böyük dərddir sevgi..
Sevgi, gecələri səhərədək gözləməkdir!
Sevgi, ən zəif nöqtəmiz, ən güclu yerimizdir!
Deyim ki, sevgi, qəbul edə bilmə gücünü hiss etməkdir!Sevgi, səbrdir!
Hər toxunuşda ayaqdan başa qədər barmaqların xoşbəxt səyahətidir!
Sevgi, səni sevirəm demədən sevmekdir!
Gel, sevişək demədən sevişməkdir!
Sevgi, qarşındakını hiss etmək ve baxışlarından nə dediyini duymaqdır!
Sevgi, qorumaqdır, mesuliyyetdir, incəlikdir!

Sevgi, şəhvətdir!
Acı həqiqətdir!
Sevgi, saatın neçə olduğunu bilə-bilə heç kimi və heç nəyi vecə almamaqdır!
Sevgi, tanıdığımızı hesab etdiyimiz insanda hər görüşdə yeni xasiyyətlər kəşf etməkdir!
Hər səhər yataqda gözümüzü açdığımızda, yuxuda gördüyümüzün yanımızda olması sevgi deməkdir!
Xəyalların gerçəkliyə çevrilməsi və böyük bir yataqda bir-birimizə qısılaraq yuxuya getməkdir!

Sevgi, yaxınlıqdır,
etibardır!
Sağollaşdıqdan sonra yenidən salamlaşarken xoşbəxt olmaqdır!

Sevgi, taledir,
tələdir!
Hər dəfə pencərədən bayıra baxdıgımızda, insanların üzündə kiminlə olduğunu xatırlamaqdır!
Sevgi, düşüncədir!
Cənnətlə, cəhənnəmin arasında fasiləsiz hərəkət edən bir ömürlük qatardır!
Sevgi, iki tənha insanın bir-birinə toxunmağı, bir-birini qoruması ve səni sevirəm deməsidir!
Sevgi, dərsdir!
Sevgi öldürür...

Həkimlər «sınmış qəlb sindromu» müəyyənləşdiriblər. Britaniya alimlərinin açıqlamalarına görə insanlar yalnız qorxudan və qəmdən deyil, həm də sevgidən ölə bilərlər.
«Dəf olunmayan qorxu, güclü mənəvi sarsıntılar və əksinə sevinc ürək çatışmazlığına gətirib çıxara bilər» — deyə ürək cərrahı Lion Aleksandr bildirib. «Sınmış qəlb sindromu»nun səbəbi güclü adrenalin axınının ürəyin aşağı kameralarını iflic etməsi və bütün yükü yuxarı kameralara ötürməsidir.
Bu vaxta qədər hesab olunurdu ki, adrenalin ürəyi daha tez işlədir. Lakin doktor Lionun kəşfi sübut edir ki, bəzi hallarda adrenalin əksinə zəiflik gətirir və həyat üçün vacib orqanları iflic edir. Bu da nəticədə ölümə səbəb olur.
Doktor Lion tərəfindən aşkar edilmiş sindrom həm də insanların yaxınlarını qəflətən itirdikdən bir neçə gün sonra ölmələrinin də səbəbini açıqlayır.
Doktor Lion hesab edir ki, «sınmış qəlb sindromu»ndan ölənlərin sayı rəsmi statistikadakından daha çoxdur. Çünki bu sindrom adi ürək çatışmazlığı kimi qələmə verilə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.