Əsl Sevgi:İlham və Fərizə...

23 Ekim 2014
4 309
0
Əsl Sevgi:İlham və Fərizə...
Əsl Sevgi:İlham və Fərizə...
İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur.Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi.

Fərizə Çoban qızı Allahverdiyeva 1970-ci il Ermənistan SSR,Spitak rayonunun Saral kəndində anadan olmuşdur.1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi.

1989-cu il iyunun 30-da toyları olmuşdur.Toyun səsi hələ qulaqlarından getməmişdi.Cəmi 6 ay vüsal şirinliyini dadmışdılar.

O qanlı yanvar gecəsində atışma eşidiləndə İlham da küçəyə çıxır.Sonra qonşularla XI Qızıl Ordu meydanına gedib.
Qoşunlar şəhərə girən vaxt-saat 00:30-da yaralanıb.Respublika klinik xəstəxanasına aparılıb.Gecə saat 1-də cərrahiyyə əməliyyatı başlayıb.Xəstəxananın işığı keçirildiyindən kağız işığında,kibrit işığında əməliyyat aparılıb.Bundan sonra cəmi 30 dəqiqə yaşayıb.Axırıncı sözü bu olub:-"Anama heç nə deməyin"...
Fərizə isə gözləyirdi.Bir saat,iki saat,üç saat...Zülmət gecənin qaranlığına baxmaq əldən salmışdı onu.Səhərə kimi yatmamışdı.
O qanlı yanvar səhəri eşitdi bu xəbəri.Gözləri qaraldı.Evdəkilərin gözündən yayınıb üstünə neft tökdü.Son anda kibriti əlindən aldılar.Hər addımın izləməyə başladılar.Bir gün sonra yanvarın 21-də səhər tezdən durub İlhamın böyük qardaşı Eldarın toppuş oğlu Əjdərin yatağına doğru gedib.Əjdərin təbəəssüm dolu üzünə baxıb.
Nə düşünüb görən bu an Fərizə...Öz bədbəxt taleyinimi,İlhamın faciəli ölümünümü,yoxsa gələcək körpələrinimi...
Gözü yaşlı o biri otağa keçir.Toy şəkillərini stolun üstünə tökür.Baxır,baxır sonra isə əl boyda bir kağızı götürüb bu sözləri yazır..."MƏN ONSUZ YAŞAYA BİLMƏRƏM,SİZ MƏNİ..." Sözlər burada qırılır.Sonra isə ölüm stəkanını,yəni uksus-sirkə dolu stəkanı başına çəkir.Bu vaxt saatın əqrəbi 6-nın üstündə idi.

Və Azərbaycan xalqı üçün sevgililər günü 14 fevral YOX, 30 iyun qeyd edilir.

Bu günkü günümüzün Leyli sevgisini,Leyli sədaqətini,Leyli ucalığını görmək istəyənlər Şəhidlər xiyabanına getsin.Bir qoşa məhəbbətin,qoşa zirvəsi uyuyr o torpaqda.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.