Həyat həm qəribə həm də çoox gözəlsən

17 Ağustos 2014
5 579
0
Həyat həm qəribə həm də çoox gözəlsən
Həyat həm qəribə həm də çoox gözəlsən


Hazırda olduqca çıxılmaz vəziyyətdəyəm!
Bəlkə də elə deyil, amma mən belə düşünürəm. İçimi iki hiss həbs edib.
"Sən məhv olacaqsan. Bu vəziyyətdən çıxış yoxdur. Bütün xəyalların məhv oldu, uçdu. Bu elə bir haldır ki, həyat bitdi."
Amma mən bu fikirləri bacardığım qədər yaxın qoymuram...
Bəzən düşünürəm ki, "Belə fikirlərşmək sənin adətindir. Həmişə də axırda məlum olur ki, hər kəsin gündəlik qarşılaşdığı sadə problemlərdir. Sadəcə sən onları şişirdirsən. Axırda da öz düşündüklərinə özün gülürsən!"
Amma belə olmaya da bilər. Heç kəs məni anlamır. Ən yaxın saydığım insan belə bezib bu fikirlərdən...
Mənə - "hər şeyi çox böyüdürsən, çıxar bu pis fikirləri ağlından! - deyir. Mən ona üzdə etiraz edirəm. Amma onun bu sözləri mənə ürək-dirək verir, məndə cəsarət oyadır. Düşünürəm ki, hər şey yaxşı olacaq. İnanın 3 həftədən çoxdur ki, hər səhəri bu sözlərlə açıram - "Hər şey yaxşı olacaq... İnan, yalnız inan! ALLAHa inan! O nə vaxt hansı arzunu gözündə qoyub ki, min şükür!"
Amma içimdəki qorxunu dəf etmək, bədbin fikirləri uzaqlaşdırmaq bilsız necə çətindir...
Əsl həqiqəti, nədən bu qədər qorxduğumu da yalnız bir nəfər bilir. Amma mən onu qorxutmamaq üçün özümə dediklərimi ona da demişəm.
Heç kəsə ürəyimi tam aça bilmirəm. Qorxuram! Gücsüzlüyümü etiraf etməkdən qorxuram. Yalnız bir arzum var. Çox böyük xəyaldır,çox...
Həyatımın 70 faizi ondan asılıdır. Əvvəllər düşünürdüm ki, bu arzuma çatmasam ölərəm. Bəlkə də ALLAH bu problemi də ona görə göndərdi mənə. Dedi ondan da böyük dərdlər var çək, anla!
Amma yenə də şükür edirəm. Min dəfə! Amma bu arzuma çatsam nə bilim neyləyim? Neyləyim ki, bacılar, Tanrı xoşbəxt olduğumu görsün. Düşünürəm, neyləyim?
Gecə-gündüz bunun üçün ALLAHıma yalvarıram. Yalnız ona inanıram. Həyatda yalnız ona həqiqətən inanıram. Bütün varlığımla....
Mən mənim hazırkı problemimə səbəb olan insana da nifrət etmirəm. Hirslənmirəm. Həyatda yeganə amalım insanlara yardım etməkdir. Bacardığım qədər! Başqasının pisliyini heç vaxt, heç vaxt arzulamamışam. Kaş ki, arzuma çataydım. Yenə hər şey öz yolunda davam edərdi.
Bağışlayın ki, nə problemimi, nə arzumu sizinlə tam açıq paylaşa bilmədim!
Xahiş edirəm, bunu inamsızlıq kimi dəyərləndirməyin, səbəbini hələlik açıqlaya bilmərəm! Mənim çoxdan insanlarla belə bir xəbər paylaşmaq fikrim vardı. Məqsədim heç də sizi kədərləndirmək deyil, yalnız sizə bir məsləhətim var.
"Əlinizdə olanların qiymətini bilin. İtirdikdən sonra yox, indi......"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.