Mənim sevgim

22 Ekim 2014
1 521
0
Mənim sevgim
Mənim sevgim

Qara saçlarını sarı boğazıma, ya da, al gözlerinin ən dərininə məni. Bədənininətrində nəfəssiz qalana qədər tut məni, bilmirəm. Birtəhər öldür məni. Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar olum.


Bütün ölümlərimsənlə bağlı, bütün yaşantılarım heyif ki sənsiz, nəfəs tək kimsəsiz kimiyəm. Var olmağım, bu çoxluğun içində yox olmağa taydı. Ölsəm bədənim çürüməz,çürüsə qoxu gəlməz. O qədər yoxam, varım.

Varsansa səsini çıxart, gəz dağınıq saçlarımda, daransın. Gəz dağınıq həyatımın yollarında, təmizlənsin.Əllərin çirklənsin, nəfəslərin surətlənsin . Dərdlərimlə rastlaşsan fikir vermə , hamısıyla danışmaqa səbrin yetməz , səbrin yetsə ömrün yetməz . Gözüm , dərd
gözün kimidi , bax... bax , nə qədər bax , o yenə tükənməz.

Ömrümün saçları tökülüb , dişləri tökülüb , gülməyi yadırqamışam , nəfəsimin ətrini keç , özü itib . Dilimin sözü itib , ancaq yazıram , mürəkkəbə gedişini yığmışam , ağır gəlir barmaqlarıma qələm.


Bircə şeirlərimdə varam , qalan hər yerdə yoxam , bircə sənlə sağam , qalan hər bədəndə ölüyəm . Bir gün doğurdan ölsəm , əxlaqında basdır məni.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.