Bir ailənin ayrılıg hekayəsi

25 Ekim 2014
1 427
0
Bir ailənin ayrılıg hekayəsi
Bir ailənin ayrılıg hekayəsi

Bir ailənin ayrılıq hekayəsi

Bir zamanlar bir-birini dəlicəsinə sevən iki cavan var idi. Ailə quracaqlarına və heç vaxt bir-birinin qəlbini qırmayacaqlarına dair əhd-peyman bağlayırlar.

Günlər, aylar ötur, nəhayət, cavanların hicranına son qoyulur. Onlar ailə qururlar, amma getdikcə evliliyin əvvəllər xəyal etdikləri kimi olmadığını hiss etməyə başlayırlar. Sanki aralarında heç sevgi adlı duyğu yox imiş. Bir-birinə "səni sevirəm" demesələr də, sevmədiklərinidə dilə gətirmirlər.

Zaman keçir, aralarındakı soyuqluq daha kəskin şəkildə hiss olunur. Bunun belə davam edə bilməyəcəyini gördükdə çıxış yolu axtarırlar.

Günlərin biri oğlan xanımina deyir:" Gəl baxçamızda bir ağac əkək, əgər ağac üç aydan sonra quruyarsa, biz də ayrılaq və son qoyaq bu iztiraba, yox, qurumayıb bar gətirsə, ayrılmağı bir daha ağlımıza belə gətirməyək və bu müddət ərzində ayrı-ayrı otaqlarda yataq. Hər ikisi razılaşır. Beləliklə, oğlan ertəsi gün bir meyvə ağacı gətirir, birlikdə bağçanın ortasında əkirlər.

Aradan bir ay keçir, günlərin biri hər iki cavan gecənin qaranlığında bağçanın ortasında qarşılaşır. Onların hər ikisinin əlində su qabı var idi. Bu onlarin bir ay ərzində qarşılaşdığı ilk gecə idi!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.