İki sevgi

05 Kasım 2014
1 837
0
İki sevgi
İki sevgi



Gözəl sən saf susan,
İki qəlb arzususan.
Mənki səni sevirəm,
Susuzluğun od vurub köz kimi yandırdığı
Dodaq su sevən kimi.
O isə səni sevir,

İki sevgi

Rahatca bardaş qurub, kabab üstdən
sərin su pis olmaz deyən kimi.
Gözəl qiz sən işığsan,
Yurduma yaraşığsan.
Mənki səni sevirəm,
İynənin ucu boyda, işığa həsrət qalan
göz işığ sevən kimi.
O isə səni sevir,


İki sevgi

Bir şən mağarda, toyda,
İşığlardan yaranmış yaraşığ sevən kimi.
Danış ucalsin səsin,
Qısılmasın nəfəsin.
Mənki səni sevirəm,
Bakıdan, Daşkəsəndən gələn bir səda
kimi, səs kimi qüdrət kimi.
O isə səni sevir
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən .
De görək nə deyirsən?!
İndi özün fikir ver bu iki məhəbbətə.
Daha heçnə demirəm,
nöqtə, nöqtə və nöqtə...




İki sevgi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.