Xoşbəxtliyimi aldın..

07 noyabr 2014
3 718
4
Xoşbəxtliyimi aldın..
Xoşbəxtliyimi aldın..

Sen mənə demişdin hər şeyi... Məni sevdiyini... Hər zaman sevəcəyini... "Hər zaman mənim ol!" demişdin... Mənə "səni itirməkdən qorxuram" demişdin... O gün... Ən xoşbəxt gün idi sanki... Amma hardan bilmək olardı da belə olacağını... Ağlımda da qalan bir söz var... Demişdin ki, mənə "səni çox sevirəm" və yalnız sənin xoşbəxtliyini istəyirəm... Elədi... Mənim xoşbəxtliyimi istəyirdin.. Eləcə də elədin... Gəldin, aldın və getdin...
Kədərsə mənə qaldı... Bundan zövqmü aldın bilmirəm... Xoşbəxtliyimi alt-üst etməklə nə qazandın bilmirəm... Səni mən necə unudacam bilmirəm... Bu gündən sonra nə edəcəyəm bilmirəm... BİLMİRƏM...
Ürəkdən gülmürəm... Mən sevgi nədir, bilmirəm... Bəlkə də bilirəm... Amma yalnız pis sözlərlə ifadə edirəm... Xəyanətlə, bəhanəylə, ayrılıqla... İstədiyim çox şey deyildi bəlkə də, hə? Bəlkə də çox şey istədim... Amma mən səninlə sadəcə ömür boyu olmaq istədim... Yoxsa mənim o xoşbəxt həyatıma külək kimi gəlməyini yox... Xoşbəxtliyimi alıb, kədərlə əvəz etməyini yox... Nə olar artıq dön geri... Razıyam bu yaşatdıqlarından sonra olsa da dön geri... Peşman olduğunu söylə... Mənə sevdiyini söylə... Xoşbəxtliyimi qaytar geri... Axı nə olar dön...
İndi hardasan bilmirəm... Amma mən yalnız sənin şəklinə baxıb o xoşbəxt günləri yada salıb ağlaram... Xoşbəxt günlərimizi yada salıb ağlaram... Xəyal edərəm... Darıxaram... Küsərəm həyatdan... Mənə sənsizlik verdiyinə görə küsərəm həyatdan! Nə edə bilərəm ki, başqa? Necə də güclü ola bilərəm? Əlimdən yalnız bu gələr başqa heç nə...
İnanmıram bəlkə də geri dönməyinə... İnanmıram bəlkə yenidən xoşbəxt olmağıma... Amma başqa da heç nə istəmirəm... Sadəcə dönməyini... Dönüb yenidən xoşbəxt olmağımızı istəyirəm... Mən axı buna layiq deyiləm! Mən axı yalnız əvvəlki xoşbəxtliyimi istəyirəm...
Kim bilir sən məni necə xəyal edirdin... Kim bilir sözlərin bəlkə yalan idi... Kim bilir gözlərin, baxışların da bəlkə yalan idi... Kim bilir bəlkə sən mənim gözlərimin içinə baxıb, "səni sevirəm" dediyin o an yalan idi... Kim bilir bəlkə əl-ələ tutuşduğumuz an yalan idi... Kim bilir bəlkə hər şey yalan idi... Bəlkə sevirdin də, amma istəmədilər bizim xoşbəxt olmağımızı... İnanmırdım mən bir gün ayrılacağımıza... İnanmırdım xoşbəxtliyimizin tapdalacağına... İnanmırdım bu sevgimizin solacağına... İNANMIRDIM... Amma inanmaq məcburiyyətindəyəm... Artıq ayrılıqa öyrəşməliyəm... Sənsizliyə, səssizliyə alışmaq məcburiyyətində qoydun məni... Amma artıq heç nə fikirləşmirəm, yalnız dönməyini istəyirəm... Mən öz əvvəlki xoşbəxt həyatımı geri istəyirəm!
RƏYLƏR
ЗайкА)
Qəşəy yazıdı..bəyəndim təşəkkürlər
AurorA
gozel hekayedi beyendim
_Əlinin Aşkı_
qeweng maraqli hekayedi cox beyendimm
Drea..
gozel hekayedi beyendim redaktedə gozeldi
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Həyatdan Yazılı Şəkilləri 2019 (29)
21:00
498

Həyatdan Yazılı Şəkilləri 2019 (29)

18.09.2019 Gündəlik Bürclər (18 Sentyabr 2019 Günlük Bürclər)
20:00
1 194

18.09.2019 Gündəlik Bürclər (18 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (265)
19:00
532

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (265)

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (46)
18:00
681

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (46)

Tez yuxuya getmək üçün bunları edin
17:00
143

Tez yuxuya getmək üçün bunları edin

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
188

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Ümidim Yazılı Şəkilləri 2019 (19)
15:00
600

Ümidim Yazılı Şəkilləri 2019 (19)

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb
14:00
80

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb

Bürclər Haqqında Maraqlı Məlumatlar (590) - Fotolar
13:00
339

Bürclər Haqqında Maraqlı Məlumatlar (590) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ