Dostunuzun, rəfiqinizin sevgilisi!!!

19 Ağustos 2014
1 429
8
Dostunuzun, rəfiqinizin sevgilisi!!!

Dostunuzun, rəfiqinizin sevgilisi!!!



Yandırdı səni.Bir özün bilirsən necə yandırdın səni..Bəlkə də ömrün boyu yanacaqsan. Kimsə özü yanmasa anlamaz bunu-nə dəhşətli,nə dözülməz olurmuş yanmaq. Dinmədin,dinə bilmədin.Kor olmuşdumu gözlərin görə bilmirdin onların saxtalığını.Nə biləydin onda.Hardan biləydin ki,ürəyinə bu qədər yaxın olan birisi sənə belə alçaq zərbə vuracaq.

Dostunuzun, rəfiqinizin sevgilisi!!!


Hardan biləydin ki qəlbin belə sınacaq.Ancaq itirəndən sonra içəridən qovrula-qovrula,qəlbin didilə-didilə anladın bunu.Heç vaxt da tərk eləməyəcək səni bu duyğu.Bəlkə elə bu duyğuyla da köcəcəksən dünyadan.Sənin rəfiqən idi.O azadəlik axtaran,onun-bunun sorağında tərəddüddə qalan,ona inanan,ona güvənən rəfiqənsinin sevgilisinə göz dikən nankor insan!

Dostunuzun, rəfiqinizin sevgilisi!!!

Sənin sevdiyin,güvəndiyin insan idi o...Əzabverici bir duyğudur rəfiqənin sənə xəyanət etməsi.Sevgilinin xəyanət etməsindən ağrılıdır bu.Ağrı,inçiklik,tənhalıq.Əvvəl nə baş verdiyini anlamırsan.Qəbul etmək istəmirsən həqiqəti.İnana bilmirsın ki,bütün bunlar səninlə olub.Elə bilirsən yuxu görürsən,ayılacaqsan və bu pis yuxu keçib gedəcək.
Dostunuzun, rəfiqinizin sevgilisi!!!

İkiüzlülük hər şeydən çox yandırır.Üzünə gülür,səninlə fikirlərini bölüşür.Səninlə görüşür,həm də onunla...
Hiss edirsən ,amma inana bilmirsən.Son ana qədər dözürsən.Amma elə bir an gəlir ki dözə bilmirsən.Hər bir hərəkətini üzünə çırpıb hər ikisindən uzaqlaşmaq istəyirsən.Əslində belə doğrudur.Belə etməlisən.
Dostunuzun, rəfiqinizin sevgilisi!!!


Amma bəzən susmaq daha layiqli cavabdır.Hər ikisini həyatından silirsən heç nə izah etmədən.Nə etmək olar indi?
Kaş hamı xəyanətə layiqlı cavab verə bilə.Ürəyindən keçənləri deyə bilə. Xəyanətə ən yaxşı cavab nədir görəsən?Bəlkə ən yaxşısı bağışlamaqdır.Nə qədər geniş ürəyə sahib olmalısan ki yaxın,əziz adamlarının xəyanətini bağışlaya biləsən.Bir adamı itirməyincə bilmirsən ki o sənin ucun nə qədər dəyərlidir.Amma zaman çox qəddar bir şeydir.O təkcə müalicə etmir,o həm də silir.Hissləri silir,yaddaşı silir,duyğuları silir.Məhəbbəti silir
Dostunuzun, rəfiqinizin sevgilisi!!!

Həyat qəribəliklərlə doludur. Hərdən həyatını belə güvənəcəyin rəfiqən və ya dostun sənin sevdiyin insana meyl salır və onu sənin əlindən alır. Sidq ürəkdən sevdiyini rəfiqənə və ya dostunla tanış edirsən daha sonra sevdiyini onunla görürsən.
Heç belə hallarla rastlaşmısınızmı?
Siz kiminsə sevdiyini əlindən almısınızmı?
Sizin dostunuzu və ya rəfiqənizi sevdiyiniz insanla görmüsünüzmü?

Dostunuzun, rəfiqinizin sevgilisi!!!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_ESTRELLA_
Dosta refiqeye guven yoxdu
Omrum Ikimizin
meqale qesengdir mahnida qesengdir
AurorA
  • AurorA
  • 22 Ağustos 2014 09:09
reylerinizcun cox saqolun
Saleh
  • Saleh
  • 21 Ağustos 2014 01:24
meqale ucun Təşəkkürlər
ЗайкА)
Qarşıma çıxmayıb eLə hadisə. Allah uzaq eLəsin.təşəkkürLər
.::American Girl::.
Təşəkkürlər
Sessiz Melodiyaaaaa
coxxx tewekkurlerrr ellerinize sagliqqq
AurorA
  • AurorA
  • 19 Ağustos 2014 12:55
Buyurun ........
RƏY ƏLAVƏ ET