Zaman və sevgi...

27 Kasım 2014
2 944
0
Zaman və sevgi...
Zaman və sevgi...
Zaman....
Ucsuz bir sonsuzluq kimi görünən, həyatmızı içinə alan, varlığımızın ölçüsü... Sevinclərimizi, ağrılarımızı, ümidlərimizi, nəhayət bütün yaşadıqlarımızı içində saxlayan həyatımızın bəyaz qutusu. Lakin keçir, hər an, hər saniyə, hər saat!... "Dayan getmə!" dəməyə imkan vermədən, müdhiş bir sürətlə...
Bir axşam azan vaxtı, ya da səhər azanı... Bir tərpəniş, bir hüzn... Keçən gün, ömürdəndir. Əfsus! Dünən keçdi, bu gün var, sabahımız olacaqmı, kim bilər?... Ah mənim iydə qoxulu axşamlarım, xatirə dəftərimdən süzülən ulduzlarım, saralmış yarpaqlarım! İçində dənizi saxlayan mavilərim... incilərim, bənövşələrim... Halbuki, bir yuxu kimidir hər şey. Bəzən, görəsən yaşadımmı dedirdər!
Zamanın ən can alan nöqtəsində dayanıb arxanıza keçmişinizi, önünüzə gələcəyinizi qoyduğunuzda yol müəyyəndir artıq... Yenidən, dəfələrlə yenidən günə salam vermək vaxtıdır... aynalara küsmədən... Ağaca, çiçəyə, sizdən təbəssüm gözləyən uşağınıza, ananıza, atanıza... Və əslində, hər başlanan gün, bir şükr vəsiləsidir Allaha...
Köhnələrdə qalmış səhvlərinizi yenidən etməmək üçün dua vaxtıdır bəlkə də... Bəlkə də axtardığınız xoşbəxtliyə qovuşmanızı təmin edəcək könül sultanları üçün yalvarış anıdır... Kim bilir?... Hamımız hər an bir pilləsindəyik zamanın, ya enişlərdə ya da çıxışlarda yola düşər... Kimimiz şairin dediyi kimi...

"Nə acı itirmək üçün sahiblik,
Ölümlünü sevmək nə qorxulu iş,
Həyatmı? Püf desən qopacaq iplik!

Elə isə, yaşamaq uğruna bu inad nədəndir? " deyərək həyatın mənasını həll etməyin təlaşında, kimimiz də "Ballar balını tapdım şanım yağma olsun" deyərək Yunus kimi Allah üçün yollara düşmə sevdasındayıq... O halda elə bir həyat olmalı ki həyatımız, arxamızdan gələnlər bizi gözəlliklərlə yad etməlidilər.
Elə yaşamalıyıq ki, öyrədicilərimizin bizlərə müjdələdiyi kimi bir sevgi məşəli olaraq... ONU dinləyərək, Onun göstərdiyi izlərə basaraq... Onu tapdığımız gündən bəridir evlərimizin bacalarından sevgi tüstüləyir. O həyatımıza girdiyindən bəridir hirslərimizi uduruq... Özümüzlə tanışlıq, verməyin almaqdan gözəl olduğunu, almağınsa verməkdən keçdiyini... Saymaqla bitməyəcək gözəllikləri həyatımıza daxil etməyin sevincini yaşadıq.
Onun səsini ilk dinlədiyim gün, "dünyanı ən gözəl səsi" demişdim, yumşaq, sevgi dolu... Varlıq səbəbimizi, qul olmanın standartlarını elə gözəl ifadələrlə, elə gözəl bir üslubla izah etmişdi ki "bax budur" demənin xoşbəxtliyini dadmışdım. Sonrasında "Qələm, Onun adını zamana yazdığı kimi ürəyimə və həyatıma da yazmışdı!" Elə məsud, elə xoşbəxtəm ki bu an... Nə qədərdir içimə həbs olan gözyaşlarım getmək üçün yol axtarırdı, o da oldu ...
Ağlamanın gözəlliyini daddıran Rəbbimə həmd olsun.


Zaman və sevgi...
Zamandan danışırdıq,dəyərli öyrədicimizin ifadələri ilə "xərcləndiyində geri gəlməyən ən qiymətli xəzinə" dən. İnsan bəzi şeylərin qiymətini, onu itirdikdən sonra anlayır. Zaman da bunlardan yalnız bir dənəsidir... Bəzən, elə üslubdan istifadə edirik ki... İçinə bir neçə çiçək əkmədən, insanın könülünü oxşayan o gözəl sevgi ifadələrini istifadə etmədən... Son dəfə gördüyümüzü bilə-bilə könül alan bir neçə sözcüyü qarşımızdakına söyləmədən. Bunlar bir tərəfə qalsın, Rəbbimizə aid olan zamanı Ona həsr etmədən yaşamağın ağrısını hansımız içimizdə hiss etmirdik ki... Halbuki hər şeyi bizim üçün yaradan Rəbbimiz bizi, Özü üçün yaratmışdı! Bu bədən, bu göz Onun idi. Bu ağıl, bu qabiliyyətlər, bu həyat... Bir əmanətçiydik, sadəcə vaxtı gəlincə yenə çıxıb ona gedəcək.

Doğulduğumuz gün, içində öləcəyimiz günü də saxlayırdı. Yaşamaq bizə verilən bir hədiyyə idi . "Heç bir şey" ikən bizi "bir şey" edən, Hayy olan Rəbbimizə dönəcəyimiz ana qədər itirilmiş deyil, zikrlə bəzənərək qazanılmış zamanlarımız olmalı idi bizim.

Sevgi dolu öyrədicimizin öyrətdiyi kimi "başqalarına həsr olunmuş həyatlarımız"... Əsri səadət səhabələrinin yaşadığı kimi insanı ucaldan sevgilərimiz olmalı idi... Əsri hidayət çağının səhabələri olanlar, bunları ən gözəl şəkildə yaşayır, amma öz adıma içimdən keçən bu ifadələrdəkilərin heç birinə sahib deyiləm. Lakin olmasını istəyirəm. Allahın izni və istəməsiylə, öyrədicimizin yardımıyla olacağını bilirəm, zamanım tükənmədən... O gün gəlmədən... Bir dil-i hafi örtməkdədir könlümü. Sükutumu xoş görün. "Sevmə iddiasına girişib gecələrini yuxu ilə keçirənin sevdası yalandır" demişdir şair. Ürəyim ağrıdı, canım yandı indi... Sevməklər içindən sevgilər bəyənən mən, sevməyi bilməyən bir yazığam!
Bağışla məni Allahım. Nə olar bağışla... bağışla....
Və əslində bir tərəfi əskik ürəyimdəkilərin...
Kəpənək qanadı kimi toxunmağa çəkindiyim, amma hiss etdiyim...
Ürəyim dilə gəlsə,
Və yetişsə imdada yağışlar...
Və sənə, səni çox sevdiyimi söyləsəm!
Amma bir tərəfi əskik bu sevginin,
Bir tərəfi qatı...
Bu deyil istədiyim...
Belə olmamalı mənim sevdam...
Daha çox yanmalıyam Allahım... Daha çox...
Varsa, yoxsa, SƏN olmalısan!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.