Sevdim Baxdim sonrası yox..

11 Ocak 2015
2 846
0
Sevdim Baxdim sonrası yox..
Sevdim Baxdim sonrası yox..

Mən səni böyük bir ürəklə sevdim.
Gözlərim deyil, ürəyim idi səni görən.
Sən damarlarımdakı qana qarışıb, gəldin oturdun ürəyimə.
Bir başqa yerdə ola bilməzdin onsuz da.
Sən, mənim ən qiymətli yerimdə, ürəyimdə olmalı idin,
orada qalmalı idin
çox eşqə ev sahibliyi edən bu ürək, ilk dəfə bu qədər
asan qəbul etdi səni.
Hər hansı bir qonaq deyil idin artıq. O ürəyin gərçək sahibi idin.
Səni sevərkən dünyanı da sevdim mən, insanları da...
Özümə belə dar gəlirkən, içində hər kəsə yer olan bir həyatın sahibiydim artıq.
Sevdim və pərəstişkardım da... Hər halın çəkdi məni.
Duruşunu, uyğunlaşmayanı, gülməni, hirslənməyini, qarışıqlığını, safını, hiyləgərliyini, uşaqlığını, yetkinliyini sevdim. Səsini də sevdim susqunluğunu da.
Kiçik oyunlarını, kaprizlərini, qorxularını sevdim.
Sığmadın cümlələrə və heç bir cümlə səni kifayət qədər təsvir edəcək qədər dərin olmadı.
Səni sevərkən yorulmadım. çünki sən həyat qaynağı idin.
Hər gün yeniləndim.
Səninlə çoxaldım, böyüdüm. Əskik qalan neyim varsa tamamladın.
Ölməyəcəkdim çünki sən ölməzliyin də özü idin.
Sevdim baxın sonrası yox...

R.t.Zemichka

http://www.abload.de/img/kelebeklerbioi5.png
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.